vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
10:22 | 9 mart 2017 | Cümə axşamı Məqaləyə 781 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Fitilə»nin fəsadı davam edir

Hamid Allahverdipur Əhərin İnqilab Məhkəməsinə çağırılıb

Sulduzlu siyasi fəal Hamid Allahverdipur telefon vasitəsi ilə məhkəməyə çağırılıb. Məlumata görə, fəal 2015-ci il noyabrın 9-da İran telekanalının yaydığı məlum təhqiramiz «Fitilə» verilişinə qarşı Əhərdə keçirilən etiraz aksiyasına qatıldığı üçün məhkəmə çağırılıb. Həmin aksiyada H.Allahverdipuir daha 30 soydaşımızla birlikdə təhlükəsizLik qüvvələri tərəfindən yaxalanıb 6 gün saxlandıqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılıb.

Azərbaycanlı fəal 5 gün ərzində Əhər İnqilab Məhkəməsinə müraciət edərək məhkəmə prosesinin son iclasına qatılmalıdır.

Əhərdə irqçiliyə qarşı keçirilən aksiyada tutulanların əksəriyyəti, o cümlədən H.Allahverdipur ölkə təhlükəsizliyini pozmağa cəhd göstərməkdə ittiham olunub.

Xatırladaq ki, İran rejimi son aylarda azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artırıb. Ötən günlərdə çox sayda fəalın İnqilab Məhkəməsinə çağırılması onlara qarşı edilən təzyiqin tərkib hissəsidir.