vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
11:48 | 21 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 1639 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Faşist qalmaqalı» alovlanır

Merkel Ərdoğana cavab verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onu faşist metodlarından istifadə etməsi ilə bağlı suçlamalarını rədd edib. Milli.Az Bild-ə istinadən bildirir ki, Almaniyanın Hannover şəhərində keçirilən CeBİT beynəlxalq kompüter texnologiyaları sərgisində Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra A.Merkel deyib.

«Türkiyənin bizi nasimzlə müqayisə etməsinə son qoyması ilə bağlı sözlərim qüvvədə qalır. Əfsuslar olsun ki, belə müqayisələr davam edir. Heç bir şərt olmadan son qoyulmalıdır buna. Nasional-sosializmin qurbanlarının məruz qaldıqları ağrı-acılara sayğı olmadan istənilən tabunun pozulmasına Almaniya hökuməti yol verməyəcək», - A.Merkel deyib.

Türkiyə və Almaniyanın münasibətləri son zamanlar kəskin pisləşib. Türkiyədə Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı aprelin 16-na nəzərdə tutulmuş referendum ərəfəsində türk nazirlərin Almaniyanın bir sıra şəhərlərində təşviqat çıxışları yasaqlanıb. Eyni situasiya Hollandiyada da təkrarlanıb.

Martın 5-də Ərdoğan Almaniyanı siyasətində nasist praktikasından istifadə suçlayıb. Martın 11-də isə o, hollandiyalıları faşist və nasistlərin xələfləri adlandırıb.

Martın 19-dakı çıxışında R.T.Ərdoğan Almaniyanın kansleri A.Merkeli nəzərdə tutaraq demişdi: «Sən də indi nasist metodlarından istifadə edirsən. Kimə qarşı? Almaniyadakı türk bacı və qardaşlarıma qarşı, mənim bacı və qardaşlarım olan nazirlərə qarşı, Almaniyaya yolllanan bacı və qardaşlarım olan deputatlara qarşı».