vaxtlı-vaxtında oxuyun! Cümə, 22 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0209 AZN
Rusiya rublu 1 RUB = 0.0292 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2939 AZN
Türk lirəsi 1 TRY = 0.4853 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
13:40 | 23 mart 2017 | Cümə axşamı Məqaləyə 352 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsas etimadın bərpa olunmasıdır»

«Bloomberg»: «Manatın təzədən özünə gəlmək şansı var, amma... »

MÖVZU İLƏ ƏLAQƏLİ

Manat fevralın əvvəllərindən başlayaraq dünyada ən sürətlə möhkəmlənən valyuta olub. Lakin bu hələ manata etimadın bərpa olunduğu anlamını vermir. Virtualaz.org xəbər verir ki, bu barədə «Bloomberg» agentliyinin xarici maliyyə analitikləri ilə Azərbaycanın milli valyutasının aqibəti barədə apardığı müzakirələrdə deyilir.

Agentlik xatırladır ki, ardıcıl baş verən iki devalvasiyadan sonra manat öz dəyərini iki dəfədən çox itirib. Lakin ilin əvvəllərindən etibarən Mərkəzi Bankın yürütdüyü sərt monetar siyasətin və neftin bahalaşmasının, iqtisadiyyatın təzədən dirçəlmək meylləri göstərməsinin təsiri ilə yenidən bir qədər dəyər qazanıb. Bununla belə əhalinin manata etimadı hələ bərpa olunmayıb və analitiklərə görə bunun üçün uzun müddət tələb oluna bilər.

«Mənim dollarım yoxdur, amma olsa da onu manata dəyişmərəm, çünki etibarlı valyuta deyil», - Bakıdakı şirkətlərdən birində mühasib işləyən Tatyana Kryuçkina deyir.

Rusiyanın «Sberbank SİB» konsaltinq şirkəti hesab edir ki, manatla bağlı qeyri-müəyyənliyi Mərkəzi Bankın «bir qədər qeyri-ardıcıl» monetar siyasəti də artırır. Çünki Mərkəzi Bank bir tərəfdən depozit hərraclarında manatın likvidliyini örtməyə çalışır, o biri tərəfdən kreditorların dəstəklənməsi üçün əhəmiyyətli maliyyə ayırır.

«Əhalinin əksəriyyəti manatın indiki möhkəmlənməsini müvəqqəti hesab edirlər və bunu ciddi amillərlə əsaslandırırlar», - «Sberbank SİB»-in analitikləri Aleksandr Qolinski və Rodion Lomivorotov deyir. «Ciddi gözləntilər var ki, manatın yenidən dəyər itirməsi 2017-ci ilin ikinci yarısından yenə başlaya bilər, xüsusən də neftin qiymətləri indiki səviyyədən aşağı düşərsə», - analitiklər əlavə edir.

Devalvasiyadan sonra əhalinin banklardakı əmanətləri yüksək dollarlaşma faizinə çatıb və hazırda bu, 81.3 faizə yaxındır. «Fitch Raiing» reytinq şirkətinin baş direktoru Pol Qambl deyir ki, əslində milli valyutaya etimadın əsas oriyentiri depozitlərin dollarlaşmasıdır. Azərbaycanda isə bu, yüksək həddədir. Lakin əslində hökumət manatı qorumaq üçün valyuta ehtiyatlarının üçdə ikisini xərcləyib, manata təzyiqləri azaltmaq üçün Mərkəzi Bank ötən ilin sentyabrında uçot dərəcələrini 15 faizə qaldırıb. Requlyator habelə ilin əvvəllərində bankların valyuta əməliyyatları zamanı 4 faizlik marja tələbinə əməl etməsinə dair məhdudiyyəti qaldırıb.

«Manatın iqtisadiyyatın dedollarizasiyası və yüksək uçot dərəcələri şəraitində yenidən özünə gəlməsi üçün böyük imkanları var»-bunu «Bank of America Corp.»un Moskva nümayəndəliyinin baş iqtisadçısı Vladimir Osakovski deyir.

«Hakimiyyət valyuta ehtiyatlarını artırmağa tələsmir və buna ehtiyacı yoxdur, bir qayda olaraq güclü milli valyutaya malik olmağa çalışır. Çünki bank sektoru zəifdir», - ekspert əlavə edir.

«Fitch Raiting»dən Pol Qambl isə manatın xeyrinə olan daha bir amilə diqqəti cəlb edir-bu, indiki hesabla Azərbaycanın ən geci gələn il müsbət tədiyyə balansına malik olacağıdır. Bir şərtlə ki neftin qiymətləri indiki səviyyədə qalsın. «Bu amil manatı dəstəkləməlidir, lakin bundan da vacib olanı əhalinin manata etimadının bərpa olunmasıdır», - o deyir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *