vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
10:37 | 24 mart 2017 | Cümə Məqaləyə 1355 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DTK Belarusda silahlı qiyamın qarşısını aldı

Öz ölkəsində stabillik yarada bilməyən Ukraynanın qonşu dövlətdə çevriliş etmək istəməsi inandırıcı görünmür

MÖVZU İLƏ ƏLAQƏLİ

Belarusun Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) kütləvi qarışıqlıqlarda iştirak üçün təlimlər və hazırlıqlar faktı üzrə cinayət işi qaldırıb.

«Dövlət Təhlükəsizliyi Komitəsi kütləvi qarışıqlıqlarda iştirak üçün təlimlər və hazırlıqlar faktı üzrə cinayət işi qaldırıb. Miroslav Lozovskinin başçılığı ilə «Ağ legion»un, həmçinin Dmitri Daşkeviçin başçılığı ilə «Gənc cəbhə»nin aktivistləri- cəmi 26 nəfər saxlanılıb».

Virtualaz.org bildirir ki, xəbəri dövlət KİV-ləri Belarusun Dövlət Təhlükəsizliyi Komitəsinə istinadən yayıblar.

Onların yaşadıqları və sənədləri saxladıqları yerlərdə 29 axtarış aparılıb. Nəticədə «Kalaşnikov» avtomatı, 3 karabin, 2 tapança, patronlar, qumbaralar, atma bıçaqlar, baltalar, əldəqayırma partlayıcı qurğuların istehsalı üçün predmet və maddələr, hərbi formalar, güllədeşməz jiletlər, kaskalar, NATO nümunəsinin tibbi dərman qutuları, «Azov» batalyonunun, «Belarus Taktik qrupu»nun və başqalarının müxtəlif rəmzləri, həmçinin şəhərdə döyüş əməliyyatlarının aparılması üzrə dərsliklər götürülüb.

Dövlət Təhlükəsizliyi Komitəsində istisna etməyiblər ki, «Ağ legion» aktivistlərindən götürülmüş silah-sursatdan martın 25-də keçirilməsi gözlənilən küçə aksiyaları zamanı istifadə etmək planlaşdırılırdı.

Məlumatda o da vurğulanır ki, «Ağ legion»un liderləri həmin işə Dmitri Daşkeviçin başçılığı ilə «Gənc cəbhə» aktivistlərini cəlb etmək niyyətində idilər. Bundan başqa, Ukraynadan döyüşçülərin gəlməsi də planlaşdırılırdı.

P.S. Tapılan döyüş sursatları və başqa ləvazimatlar arasında Ukraynanın «Azov» batalyonunun rəmzlərinin tapılması bəzi şübhələrə yol açır. Çünki, öz ölkəsində sabitlik yarada bilməyən Ukraynanın Belarusda təxribata cəhd etməsi, bir sözlə problem içində batan Kiyevin qonşu ölkə ilə vəziyyəti gərginləşdirməsi ağlabatan deyil. Digər tərəfdən bütün bu hadisələrin prezident Lukaşenkonun Rusiyaya, daha konkret Vladimir Putinə «asi» çıxmasından sonra baş verməsi olaylara daha geniş çərçivədə baxmağa vadar edir.