vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 14 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
09:23 | 21 noyabr 2013 | Cümə axşamı Məqaləyə 7452 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kimyəvi silahlar dənizdə məhv ediləcək

BMT Suriyadakı məsələ ilə bağlı hələ qəti qərar verilməyib

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT Suriyanın kimyəvi silahlarının dənizlərdə məhv edilməsinin mümkün variantlardan biri olduğunu açıqlayıb. «Zaman» qəzeti məlumat verir ki, BMT baş katibinin mətbuat katibi Fərhan Həqq Suriyanın kimyəvi silahlarının dənizlərdə məhv edilməsinin mümkün variantlardan biri olduğunu, lakin bu məsələ ilə bağlı hələ qəti qərarın verilmədiyini bildirib.

O, BMT və Kimyəvi Silahların Qadağan olunması Təşkilatının Suriyanın kimyəvi silahlarının məhv edilməsi üçün müxtəlif ölkə təmsilçiləri ilə danışıqları davam etdirdiyini deyib:
«Suriyanın kimyəvi silahları hansı yolla məhv edilirsə-edilsin, bu məsələdə bütün beynəlxalq qanunlara və təhlükəsizlik standartlarına uyğun addım atılacaq. Bir çox ölkə və təşkilatla Suriyanın kimyəvi silahlarının necə məhv ediləcəyi məsələsi üzrə danışıqlar davam etdirilir».