vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
14:13 | 29 aprel 2017 | Şənbə Məqaləyə 2799 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Qarabazar» qısa zamanda ləğv olunmayacaq»

«Dolların alqı-satqısı arasındakı məzənnə fərqi azala bilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Alqı-satqıda 100 dollarda 20 manat fərq var idi»

«Bir il öncə valyutadəyişmə məntəqələri ləğv edilən zaman bizim mərkəz bunun doğru addım olmadığı bildirərək, bu xidməti bərpa etməyin vacibliyini bildirdik. Hətta ötən ilin payızında valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə bağlı təkliflərimizi də hökumətə təqdim etdik,» deyə İqtisadi Və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir. Amerikanın Səsinə müsahibədə cənab Bayramov «Valyuta tənzimi haqqında» qanunun müzakirəsi haqda fikirlərini paylaşıb.

Onun sözlərinə görə, ötən bir ilin yekunları əsasən məlum olur ki, valyutadəyişmə məntəqələrinin ləğvi «qara bazar» və spekulyasiyanı aradan qaldırmadı, əksinə «qara bazar»ın fəaliyyətinin genişlənməsinə gətirib çıxartdı. Bu da valyuta bazarında rəqabətin zəifləməsinə, kommersiya banklarının valyutaların alqı-satqısından daha çox gəlir götürməsi isə nəticələndi.

Fevral ayının əvvəllərində manat möhkəmlənməyə başlayanda manatın və ya dolların alış kursu ilə satış kursu arasında hər 100 dollarda təxminən 20 manat fərq var idi. Bunun baş verməsinin əsas səbəblərdən biri də məhz valyutadəyişmə məntəqələrinin yoxluğudur.

Qəribədir ki, hətta qeyri-leqal fəaliyyət göstərən «qara bazar»da valyutanın alış-satış kursu əksər banklara nisbətən daha münasib idi. Gözlənilən budur ki, valyutadəyişmə məntəqələrinin yenidən istifadəyə verilməsi bazarda rəqabəti gücləndirəcək və dolların alışı ilə satışı arasındakı məzənnə fərqinin azalmasına gətirib çıxaracaq.

Vüqar Bayramovun sözlərinə gorə, bir il öncə valyutadəyişmə məntəqələrinin bağlanması «qara bazar»-ın qarşısını almağı üçün planlaşdırılmışdısa da , əslində bu məntəqələrin indi yenidən bərpası məhz «qara bazarı» ləğv etmək üçün nəzərdə tutulub. Valyutadəyişmə məntəqələri ləğv edilən zaman orada işləyənlər insanların əksəriyyəti «qara bazarda» fəaliyyət göstərirdilər. Artıq onlar valyutadəyişmə məntəqələrinə qayıda və leqal şəkildə fəaliyyət göstərə biləcəklər. Bu da məntəqələr ləğv edilən zaman bağlanan 6 minə yaxın iş yerinin yenidən açılması deməkdir.

Valyutadəyişmə məntəqələrinin açılması üçün tələb olunan sənədlər və prosedurda nəzərdə tutulan bəzi dəyişiklərə münasibət bildirən iqtisadi ekspert qeyd edib ki, məntəqələrin yenidən bərpasından sonra «qarabazar»ın qısa zamanda ləğv olunacağı gözləməməliyik. Çünki, qanunvericiliyə əsasən girov mexanizmi tədbiq ediləcək.

Hələlik girov məbləği rəsmi olaraq göstərilməsə də bizdə olan məlumata görə valyutadəyişmə məntəqəsi açmaq istəyən fiziki şəxslər 50 min dollar və 50 min manat miqdarında girov qoymaq məcbutiyyətindədirlər. Bu isə depozit öhdəlikləri olmayan, valyutanın birbaşa alqı-satqısını həyata keçirən valyutadəyişmə məntəqələrinin fəaliyyət prinsipinə uyğun gəlmir.

Onun sözlərinə görə, əgər girov qoyulması məsələsi təsdiq olunarsa, bu lisenziya almaq üçün müraciət edən hər bir şəxsin təxminən 135 min manat dəyərindəki məbləğinin passiv kapitala çevrilməsi ilə nəticələnəcək. Bu baxımdan İqtisadi Və Sosial İnkişaf Mərkəzi olaraq lisenziya almaq üçün girov qoyulması məcburiyyətinin aradan qaldırılmasının və valyutadəyişmə məntəqələrinin yenidən bərpası qaydalarının daha da sadələşdirilməsinin tərəfdarıyıq.