vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
PROBLEM  
11:20 | 9 may 2017 | Çərşənbə axşamı Məqaləyə 2870 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Birmənalı olaraq ziyandır»

Sulu qəlyana qadağa qoyulacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda çayxana, kafe və restoranlarda gün keçdikcə daha da «populyarlaşan» sulu qəlyanın insan orqanizminə mənfi təsiri ilə bağlı fikir səsləndirənlərin sayı çoxalıb. Xüsusilə gənclərin, hətta zərif cinsin nümayəndələrinin də kifayət qədər istifadə etdiyi bu vasitədən insan orqanizminə müxtəlif yoluxucu xəstəliklərin keçdiyi bildirilir.

ARB TV-nin «Günə doğru» verilişində sulu qəlyana qadağa qoyulması haqda maraqlı süjet yayımlanıb.

Sulu qəlyan həmçinin insanda siqaretə, eləcə də narkotik vasitələrə asılılıq yaratdığı da iddia olunur. Bəs qəlyandan yoluxucu xəstəliklərin keçməsi halları necə baş verir? Sulu qəlyan düzəltməklə məşğul olan Ramin Niftəliyev bildirir ki, bu birbaşa səhlənkarlıqdan irəli gəlir: «Xəstəlik ən çox mədəyə düşür. Burada borunun rolu da böyükdür. Onlar tez-tez dəyişilməlidir».

Bəzi məkanlarda müştərilərə birdəfəlik müştük verilsə də digər gigiyenik məqamlara diqqət yetirilmir və müxtəlif xəstəliklərə yoluxma riski artır.

Sulu qəlyandan xəstəliklərə yoluxma halları ən çox borular vasitəsi ilə reallaşır. Bəzi sahibkarla qəlyanın suyun və müştükləri yeniləsə də daha çox gəlir əldə etmək üçün boruları yeniləmir. Nəzərinizə çatdırım ki, birdəfəlik borunun qiyməti 1 manat 50 qəpikdir.

Mütəxəssislər bildirir ki, qəlyan müştərilərə sadalanan şərtlərə əməl edilməklə təqdim edilsə, infeksiyaya yoluxma hallarının qarşısını almaq olar.

Əlniyaz Ramazanov (həkim): «Müştük hər adam üçün ayrı olmalıdır. Bəziləri əlavə xərc etməmək üçün səhlənkarlıq edərək müştüyü spirtlə təmizləyir. Və başqa bir müştəriyə verirlər. Belə olmaz, ziyandır».

İstifadəçilər qəlyanın insan səhhətinə zərəri ilə bağlı müxtəlif fikirdədir. 3 ildir sulu qəlyandan istifadə edən Aqil Həsənov bildirir ki, o bu günə qədər xoşagəlməz hallarla qarşılaşmayıb. Çünki xidmət zamanı bəzi məqamlara diqqətlə yanaşır.

Mütəxəssislər bildirir ki, sulu qəlyanın insana səhhətinə birmənalı olaraq mənfi təsir edir. Bu vasitənin «Ağ ciyərlərin təmizlənməsinə koməyi var» kimi fikirlər yanlışdır. Sadalanan məqamlara diqqət etməklə yalnız yoluxucu xəstəliklərin qarşısını almaq mümkündür. Sudan keçərək insan bədəninə daxil olan buxar qarışıq tüstünün yuxarı tənəffüs orqanlarına mənfi təsiri qaçılmazdır.

Əlniyaz Ramazanov (həkim): «Tüstü suyun içərisindən keçərək orqanizmə daxil olur. Tütündən əmələ gəlmiş qətranlar suda həll olmur. İri hissəciklər suda qalır. Adi qəlyanla sulu qəlyan ziyanlıdır. Fərqləri yoxdur».

Sadalanan səbəblərdən milli məclisdə «Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi» mövzusunda keçirilən dəyirmi masada layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın da qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.