Vətənində girov olan qəhrəmanlar...
Dilqəm və Şahbaz Şuşadan ayrı yaşaya biləcəkmi?
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Xan qızı – el anası
28 ildən sonra Natəvanın da nigaran ruhu rahatlıq tapıb
-
Şuşa-Xankəndi yolu quldurların qarşısını kəsdi
Bakıda təşvişə düşənlər kimlərdir?
-
Zirvədən uca və Qarabağın ulduzu
“İrs” nəşrləri seriyasından Şuşa haqqında kitabların təqdimatı keçirilib
-
Sadıqcanın məşhur yetirməsi
Məşədi Zeynalın ifasında tar sanki xanəndə kimi dil açıb oxuyarmış...
-
“Laçın dəhlizi və Xankəndi ...”
“Düşmən ağlına gətirmirdi ki, yollarını belə tezliklə bağlaya bilərik”
-
Şuşanın azad olunduğu gündür
Düşmən “İsgəndər”lə də Ordumuzu dayandıra bilmədi
-
300 nəfərlik heyət şəhərə çatmadı
Şuşanın taleyini həll edən son döyüş
-
Diplomatik orqanları rəhbərlərinin müşavirəsi Şuşada yekunlaşıb
“Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının təqdimatı da keçirilib
-
Şuşalıların köçürülmə tarixi bilindi
Sakinlərə müjdə; 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb
-
Zelenskini “militarist” saymaq olarmı?
... Yaxud Ukraynanın Azərbaycandan nə fərqi var ki?
-
Susqun balıqçının Cənnəti
Qala yolunun yorğun yolçusundan gecikmiş qeydlər və ya esse-hekayə
-
Şuşaya yağış yağır
...Hər baxışda bir ümid, hər ümiddə bir işıq,
-
Kuklaçıların Şuşa sevinci
Müsyö Jordan və Dərviş Məstəli şah “O olmasın, bu olsun” deyib...
-
“Şuşa. Bahar əfsanəsi”
Azərbaycanın mədəniyyət paytaxtında Birinci Beynəlxalq Kulinariya Festivalı davam edir
-
“Karabakh Telekom”u söndürməyin vaxtı çatıb
Ermənilər Şuşa ətrafında baza stansiyalarını gücləndiriblər
-
“Hətta təbiət də, günəş də bizimlə həmrəydir”
Zəfərin zirvəsində – Şuşa dünya azərbaycanlılarını bir araya gətirib
Həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülməsinin 3 ili tamamlanmaq üzrədir. Onların geri qaytarılması ilə bağlı aparılan danışıqlar, beynəlxalq təşkilatlara edilən müraciətlər hələ də cavabsızdır. İşin ən acı və insana toxunan tərəfi isə Dilqəmlə Şahbazın öz vətənlərində girov olmasıdır...
Düz 3 il əvvəl, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda həmvətənlərimiz üzərində qurulan «məhkəmə»nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Həmvətənlərimiz bu qərarla təkcə azadlıqdan yox, elə həyatdan da məhrum ediliblər...
Axı 1960-cı il təvəllüdlü, 57 yaşlı Dilqəm Əsgərovun erməni əsarətində baş qaldıran xəstəliklərinin ona nə qədər yaşamaq imkanı verəcəyi məchuldur.
1968-ci il təvəllüdlü, 49 yaşlı Şahbaz Quliyevin daha 19 il erməni zülmünə dözəcəyinə isə heç kim təminat vermir... Zaman hər şeyə çarədir deyirlər. Amma zaman keçdikcə, Dilqəm və Şahbaz sanki bizdən daha da uzaqlaşır...
Beynəlxalq Qırmızı Xaç Komitəsinin hər ay açıqladığı «Giovlara növbəti başçəkmə baş tutub. Onlara ailələrindən məlumatlar çatdırılıb. Ailələrinə çatdırılması üçün də məlumatlar götürülüb» məlumatlarına da doymuşuq! Zaman pafoslu açıqlamaları da kəsərdən salıb...
Bəlkə də onları bizdən uzaqlaşdıran zaman Dilqəm və Şahbazı 3ilin girovuna yox, tarixin Vətəndə yaşayan qəhrəmanına çevirir! Axı 25 ildir əsarətdə olan torpaqlara həsrətli, niskilli dəfn etdiyimiz yüzlərlə qarabağlının nail ola bilmədiyinə onlar nail olur. Zindanda, əsarətdə, zülm altında olsalar da, Şuşanın havasını udurlar. Amma zaman keçdikcə, onların Şuşadan ayrı yaşamağına da ümidlər azalır.
Elə girovların ailələri də onların geri qaytarılacağına ümid bağlamır artıq...
Ş.Quliyevin qardaşı İlham Quliyev Modern.az-a ondan sonuncu dəfə 15-20 gün əvvəl məlumat aldığını deyir:
«Məktub yazmışdı. Guya o, məktubda nə yazır ki, «Salam, yaxşıyam. Hamıya salam deyin. Sağ olun». Nə səhhəti, nə saxlanma şəraitilə bağlı heç nə qeyd etmir. Bundan artığını yazmır, ya da yazmağa icazə vermirlər. Bir sözlə, yenilik yoxdur. O vaxtdan sonra isə heç bir məlumat almamışıq».
İ.Quliyev girovların unudulduğundan gileylənir:
«Məndə olan məlumata görə, Dilqəm və Şahbaz Şuşa türməsində ayrı-ayrı kameralarda saxlanılırlar. Mən belə başa düşürəm ki, onları yada salan yoxdur, tam unudulublar. Yenə az-çox mətbuat nəsə yazır. Onları da eşidən yoxdur».
Dilqəm Əsəgərovun oğlu Kürdoğlu Əsgərov da Modern.az-a atası ilə bağlı hər hansı yeni informasiya ala bilmədiyini bildirir:
«Qırmızı Xaç Komitəsinə də müraciət etdik. Atam xəstə olduğunu, gün ərzində ermənilərin çox sayda iynə vurduğunu yazmışdı. Komitə də anacaq deyir ki, mandata uyğun baş çəkir. Əlimizdən gələn heç nə yoxdur, səsimiz heç yerə çatmır».