vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
21:13 | 7 iyul 2017 | Cümə Məqaləyə 2661 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Dilqəmlə Şahbazın məsələsi icraata götürüldü

Avropa insan haqları komissarı tərəfindən...

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya Azərbaycanlıları Assambleyasının (DAA) BMT-nin İnsan Haqları Komitəsi başda olmaqla, ATƏT Parlament Assambleyasının İnsan Haqları Komitəsi, Avropa Şurası İnsan Haqları Komitəsi, Avropa İnsan Haqları Komissarı, Avropa Parlamenti, Avropa Ombudsmanı, Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil 20-yə yaxın quruma Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ünvanlandığı müarciətə cavab verilib.

Bu barədə Modern.az-a DAA-nin prezidenti Rəşad Quliyev məlumat verib.

O bildirib ki, cavab məktubu Avropa İnsan Haqları Kommissarlığından göndərilib:

«Məktubda bildirilib ki, kəlbəcərli girovlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələ Avropa insan haqları komissarı, cənab Nils Muiznieksin icraatına götürülüb».

R.Quliyev beynəlxalq təşkilatların təzyiqi ilə girovların azadlığa qovuşacağına ümid etdiyini bildirib.