vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
21:25 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 1403 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan «İskəndər» alır?

Dmitri Şuqayev: «Bizdə müəyyən qədər sifariş var və bunlar öyrənilir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti «İskəndər» operativ-taktiki komplekslərinin satışı üzrə xarici tərəfdaşlardan alınmış sifarişləri nəzərdən keçirir. Virtualaz.org RİA «Novosti»yə istinadən xəbər verir ki, bunu xidmətin direktoru Dmitri Şuqayev deyib.

«Təsdiq edirəm ki, sifarişlər var, lakin onlar barədə danışmaq hələlik tezdir», - «Ordu-2017» beynəlxalq forumunun yekunlarına həsr edilmiş mətbuat konfransında o deyib.

Şuqayev vurğulayıb ki, «İskəndər» operativ-taktiki kompleksi yüksək dəqiqliyə malik silahların ən yaxşı nümunələrindəndir.

«Təbii ki, onun Rusiya Silahlı Qüvvələrinin əlində olması bizi dost hesab etməyənləri sayıq olmağa məcbur edir. Bu ondan xəbər verir ki, bizim ciddi silahımız var və şübhəsiz ki, o xarici tərəfdaşlarımızın diqqətini cəlb edir. Bizdə həqiqətən də müəyyən qədər sifariş var və bunlar öyrənilir», - o təsdiqləyib.

Şuqayev bildirib ki, Rusiyanın «müəyyən filtr»i mövcuddur və bu onun beynəlxalq öhdəlikləri ilə bağlıdır. Həmin səbəbdən xarici ölkələrə silah, o cümlədən «İskəndər»lərin satışında çox seçkin sifarişlər təmin edilir.

Qeyd edək ki, Stokholm Sülh Problemlərinin Tədqiqi İnstitutunun məlumatına əsasən, Azərbaycan Rusiyadan silah idxal edən əsas ölkələrdən biridir. 2016-cı ilin sentyabr ayında İrəvanda keçirilmiş paradda Ermənistan Rusiyadan təchiz edilmiş «İskəndər» kompleksinə məxsus maşınları nümayiş etdirib. Beləliklə, istisna edilmir ki, yaxın zamanlarda Rusiya «İskəndər»ləri Azərbaycana da satmağa başlayacaq.