vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
23:20 | 15 noyabr 2017 | Çərşənbə Məqaləyə 2211 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təşkilatın işi münaqişənin həlli deyil»

ATƏT-in baş katibindən gözlənilməz etiraf

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini bərpa etmək lazımdır. Virtualaz.org xəbər verir ki, bunu İtaliyada dərc olunan «Agenzia Nova» nəşrinə müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger deyib.

O qeyd edib ki, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin apardığı iş münaqişənin, xüsusilə təmas xəttində kəskinləşməsinin qarşısının alınması baxımından vacib əhəmiyyətə malikdir.

«Təşkilatın işi prosesin nəzarətdə saxlanılmasından ibarətdir, münaqişənin həlli deyil. Tənzimlənmənin məsuliyyəti tərəflərin üzərinə düşür», - baş katib qeyd edib.

Bütün uzun müddət davam edən münaqişələr mövzusuna toxunan Qreminger deyib ki, ATƏT vasitəçi rolunu oynayır, lakin son nəticədə münaqişənin tənzimlənməsi tərəflərin siyasi iradəsindən asılıdır. Buna görə də, ATƏT kimi təşkilatlardan münaqişələrin həlli kimi məsələlərdə gözləntilər daha realistik olmalıdır.