vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:41 | 20 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 1346 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ATƏT də Ermənistana missiya göndərir?

Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır

Zaur MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün yayılan məlumata görə, yaxın vaxtlarda ATƏT Ermənistana öz nümayəndələrini göndərəcək. Bu məqamda belə bir sual ortaya çıxır, nə baş verir?

ATƏT dedikdə kimi və hansı dövlətləri nəzərdə tuturuq? Məsələ aydındır. Fransanın ciddi səyləri nəticəsində Avropa İttifaqının ardınca ATƏT də regiona göndərilir.

Hesab edirəm ki, Makron və Paşinyan arasındakı gizli plana əsasən Paris mülki missiya adı altında ciddi təxribatla məşğuldur. Məqsəd Azərbaycan və Ermənistan sərhədində təxribat törədərək hadisəni ordumuzun üzərinə atmaq və nəticə kimi anti-Azərbaycan qətnaməsini qəbul etməkdir. Paşinyan Makrondan Ermənistanın sərhədlərini qorumağı xahiş edib və rəsmi Paris nəyin bahasına olursa - olsun sərhəddə dayanaraq Qarabağ - Qərbi Zəngəzur güzgü effektini sığortalamaq istəyir. İranın Qərbin xüsusi missiyasının sərhədlərinin o tayına gəlişi fonunda susmasının da əsl səbəbi məhz  Fransa-İran cütlüyünün sərhədlər dəyişilməzdir ilə bağlı Paşinyana dəstək verməsi ilə bağlıdır. Diqqət yetirək, bu həftə Qafanda konsulluq açılır, Aİ və ATƏT missiyaları Zəngəzura gəlir. Beləcə, Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır və öhdəliklərini yerinə yetirməməsi üçün arxasında dayanırlar.

Bu fonda, Kreml hadisələrə təsir imkanları zəiflədiyindən, təcili şəkildə KTMT-nin xüsusi missiyasını Ermənistana göndərməyi planlaşdırır və Paşinyanın anti-Rusiya təbliğatının qarşısını almağa çalışır. (Bu məsələ ilə bağlı Mərkəzi Asiya dövlətləri birmənalı baxmırlar).

Bu fonda, Paşinyan- Makron və onların yanında olan bəzi dövlətlərdəki qrupların planında zərər görən tərəf Ermənistan olacaq.

Azərbaycana isə, sülh müqaviləsi və Qarabağdan silahlıların çıxarılması lazımdır. Yaxın vaxtlarda hər iki mövzuda bizim dediyimiz şərtlər altında məsələ lehimizə həll olunacaq.