vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
12:15 | 23 fevral 2019 | Şənbə Məqaləyə 1784 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dayanın!”

Zaxarova azərbaycanlı jurnalistə “Rusiyanın həmsədrliyinin buna nə dəxli var?!”

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvada Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın ənənəvi brifinqində azərbaycanlı jurnalist Moskvada “Lazarev klubu” forumunun keçirilməsi barədə məlumat verib və bildirib ki, həmin tədbirdə Azərbaycanın işğal olunmuş ərazilərindən gəlmiş separatçıların təmsilçiləri iştirak edəcəklər.

Azərbaycanlı jurnalist Zaxarovaya ünvanladığı sualında Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladıb və forumda separatçıların iştirakını yolverilməz hesab etdiyini bildirib.

Buna cavab olaraq Mariya Zaxarova deyib: “Dayanın. Rusiyanın həmsədrliyinin buna nə dəxli var? Bu məsələləri sualınızda necə uzlaşdırırsınız? Görürsünüzmü, siz özünüz sualınızda elə şeyləri birləşdirirsiniz ki, bunları birləşdirmək lazım deyil. Şübhəsiz ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və rəsmi səviyyədə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Eyni zamanda, Moskvada yüzlərlə müxtəlif mövzulu forumlar keçirilir. Əgər sizdə məlumat varsa ki, burada hansısa tərzdə rəsmi şəxslər iştirak edir, zəhmət olmasa, mənə bu məlumatı təqdim edin, aydınlaşdıraram. Məndə belə məlumat yoxdur”.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti tərəfindən tədbirlərin təşkil etməsi Rusiya qanunvericiliyində təsbit olunmuş məsələdir.