vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 14 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
22:50 | 15 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 609 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransanın cavabı necə veriləcək?

“Onlar hər zaman bizə qarşı ədalətsiz olacaqlar”

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa Senatının qətnaməsi Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə salır. Şübhə etmirəm ki, Paşinyan, Ermənistandakı siyasi partiyalar və Qarabağ separatçıları Fransa Senatına təbrik məktubları göndərəcəklər.

Əgər Paşinyan Qarabağdan imtinaya hazırlaşırdısa, Fransa Senatı sanki onu “cəsarətləndirdi” və Ermənistanın baş nazirinə belə bir mesaj göndərdi: “Əsla Qarabağın müstəqilliyindən vaz keçmə”. Əgər Fransa prezidentinin və Senatının anti-Azərbaycan ritorikası Ermənistanı və erməni separatizmini qorumaq məqsədi daşıyırsa, tam əks nəticəylə üzləşəcəklər. Fransa Senatının qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək. Fransa prezidenti və ya hökuməti Azərbaycanla bütün körpüləri yandırmamaq üçün Senatın qətnaməsindəki bəndləri əsas götürməyə də bilər, ancaq hər zaman həmin qətnamə ilə bizi şantaj etməyə çalışacaqlar.

***

Fransada Azərbaycanın heçmi dostu yoxdur? Fransadan bu illərdə nə qədər heyət Bakıya gəldi, qonaqlıqlar verildi, “dostluq və tərəfdaşlıq” haqqında tostlar deyildi. Heç biri işə yaramadı, səsləri çıxmadı, etiraz etmədilər, “Azərbaycan da bizim dostumuzdur” demədilər. Demək muzeylərin təmiriylə, bahalı qonaqlıqlarla, Parisin düz göbəyində Mədəniyyət Mərkəzinin açılmasıyla məsələlər həll olunmur.

***

Türkiyənin Avropa ölkələrinin az qala yarısından çoxunda birinci katib və səfir vəzifəsində çalışmış qocaman diplomatlarından biri Avropanın Türkiyə və Azərbaycan siyasətini mənə belə izah etmişdi: “Təcrübəm əsasında deyə bilərəm ki, bizə nə etsək də Fransa və ona oxşar Avropa ölkələri əleyhimizə olacaqlar. Onlar hər zaman bizə qarşı ədalətsiz olacaqlar, yetər ki, ədalətli və haqlı olduğumuzu özümüz bilək və yolumuza davam edək”. Fransa Senatının anti-Azərbaycan qətnaməsinin yekdilliklə qəbulundan sonra həmin diplomatın sözlərini xatırladım. Haqlı və ədalətli olduğumuz halda Fransa Senatının və ya ABŞ Konqresinin anti-Türkiyə, anti-Azərbaycan qətnamələrinə, qərarlarına əsəbiləşirik. Əsəbiləşməkdənsə, Parisin vasitəçiliyindən imtina, Azərbaycanın Fransadakı səfirini bir müddət üçün geri çağırmaq, Fransa şirkətlərinin Azərbaycandakı fəaliyyətinə xitam haqqında düşünməliyik. Bunu etməsək, sabah Fransanın Avropada başqa “ardıcılları” da tapılacaq.