vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
QARABAĞ  
16:40 | 14 dekabr 2022 | Çərşənbə Məqaləyə 1335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruslar kriptovalyuta saxta “mayninqi” hazırlayır

Erməni büdcəsinin 20 faizini Azərbaycandan oğurladığı qiymətli metallarla doldurur

Natiq CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın dağ-mədən sənayesi bu ölkənin iqtisadiyyatında çox önəmli rol oynayır, 30 ilə yaxın davam edən işğal edilmiş Azərbaycan torpaqları da bu sənayenin tərkib hissəsinə çevrilmişdi, illərdir işğal etdikləri torpaqlarımızda mədənləri vəhşicəsinə istismar edib emal üçün filizləri Ermənistana göndərirdilər, qondarma qurumun da iqtisadiyyatında mədən sənayesi həlledici rol oynayırdı.

Ermənistan ixracının 40 faizinə yaxınını mədən sənayesi məhsulları, büdcəsinin isə 20 faizinə yaxınını bu sahədən gələn birbaşa və dolayı vergilər təşkil edirdi – 2020-ci ilin məlumatlarına görə bir tək Zəngəzur mis-molibden kombinatının da daxil olduğu “Qeopromayninq” şirkətlər qrupu vergilər şəklində Ermənistan büdcəsinə 317 milyon dollar vəsait ödəmişdi. Bu şirkətlər qrupu və ümumən Ermənistanda və işğal altında olan bizim torpaqlarda fəaliyyət göstərən mədən sənayesi şirkətlərinin tamamına yaxını Rusiya kapitalıdır, Rusiyaya məxsusdur, Rusiyanın “VTB” bankı Ermənistanda ən çox kredit verdiyi biznes sahəsi də məhz Rusiyaya məxsus mədən sənayesi şirkətləridir. “Qeopromayninq” şirkətlər qrupunun rəhbəri Rusiya vətəndaşı Roman Xudoliydir.

Azərbaycanın hələ də işğal altında, “rusməramlı” qüvvələrin müvəqqəti nəzarətində olan mədənlərdə bu gün də Ermənistana emal üçün göndərilən filizlər çıxarılır, bundan başqa, hələ dəqiqləşdirilməsinə ehtiyac olan bəzi məlumatlara görə Rusiyaya yaxın qruplar həmin mədənlərdə kriptovalyuta “mayninqi” ilə qeyri-qanuni olaraq məşğul olurlar.

Yəni, bu gün təbii resurslarımıza nəzarətin bərpa olunmasına cəhdlər həm də Rusiyanın, Kremlin birbaşa dəstəklədiyi qondarma rejimin iqtisadi maraqlarına zərbədir. Həmin mədənlərdən çıxarılan filizlər, nadir metallar bu gün dünyanın enerji keçidinin sürətlənməsinə görə çox bahalaşan və lazım olan metal növləridir - məsələyə bu yöndən də baxmaqda yarar var.

Amma təbii ki, bir tək “rusməramlıların” müvəqqəti nəzarətində olan torpaqlarımızda deyil də, ölkənin tamamında təbii sərvətlərin çıxarılmasında şəffaflıq olmalı və ekoloji standartları təmin edilməlidir, bu sahədə olan inhisarçılıq, məlumatların gizlədilməsi, korrupsiya halları yolverilməzdir...