vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
16:12 | 19 oktyabr 2016 | Çərşənbə Məqaləyə 1085 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin çıxışına şərh

Azərbaycan Avrasiya İttifaqına üzv olacaq?

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev «RİA-Novosti» agentiyinə müsahibəsində Azərbaycanın Avrasiya İttifaqına üzvlük məsələsinin istisna olmadığını deyib. Xatırladaq ki, Avrasiya İttifaqı 2015-ci ildə Gömrük İttifaqının üzvləri olan Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə yaradılıb.

Avrasiya İttifaqı yaranan zaman  bir neçə dövlətin qoşulacağı söylənilirdi. Hal-hazırda işğalçı Ermənistan, Qırğızıstan da ittifaqın üzvüdür.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlmasında prezidentin çıxışını şərh edib.  

«Dövlət başçısı İlham Əliyev Azərbaycanın Avrasiya İttifaqına üzv olması məsələsini istisna etməyib. Amma paralel olaraq onu da söyləyib ki, indiki vəziyyətdən də razıyıq. Bu o deməkdir ki, yaxın müddətdə  Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi gündəmdə deyil. Digər tərəfdən başqa məsələ də var ki, o da bizim üzv olmağımıza mane olur. Adıçəkilən ittifaqda Ermənistan da var».

Ekspertin sözlərinə görə, işğal prosesinə son qoyulmayana qədər Azərbaycan bu quruma üzv olmayacaq.

«Necə ola bilər ki, işğalçı dövlətlə işğala məruz qalan dövlət bir qurum çərçivəsində bir-biri ilə iqtisadi inteqrasiyaya baş vursun?!. Bu, mümkün  olan məsələ deyil. Düzdür,  dövlət başçısı belə fikir bildirdi ki, indiki durumumuz bizim üçün normaldır. Biz bu durumu dəyişmək istəmirik. Bunun özü ondan xəbər verir ki, Azərbaycanın yaxın müddətdə ən azı Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi real  deyil. İndiki şərtlər altında Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü istisnadır».

Politoloq dövlətlərarası inteqrasiya məsələsinə də toxunub.

«Düzdür, dövlətlər arasında güclü inteqrasiya yoxdur. Dünya dövlətləri inteqrasiyanın indiki vəziyyətindən narazıdırlar. Belə olan halda, Azərbaycan niyə bu qurumun üzvü olsun ki!

İnteqrasiya məsələsi və iqtisadi vəziyyət yaxşı olsa belə, ortada Azərbaycanın işğal faktoru var. Torpaqlar azad olunmayana qədər, Azərbaycan  Ermənistanla heç bir iqtisadi əlaqə qura bilməz. Bu da Avrasiya İqtisadi Birliyinə üzvlülük məsələsini arxa plana atır».