Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
ELNUR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
İranda timsah həyəcanı
Sel nəticəsində 8 nəfərin ölümü təsdiqlənib
-
“Haşdi Şabi”ni kim vurub?
Partlayış səsləri bu dəfə İraqdan gəldi
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
Putin Əliyevlə apardığı son 4 telefon söhbətində ondan Zəngəzur dəhlizini güc yoluyla açmağı və buna görə Ermənistanın KTMT-dən çıxmağa meylləndiyinə görə cəzalandırmaq istəyirsə, eyni zamanda ABŞ və İsrail də İrana qarşı planlarda Azərbaycanın iştirakını istəyirsə, o zaman Azərbaycan İranın Zəngəzurdan vurulması təklifini irəli sürməklə ABŞ və Rusiyanın maraqlarını uzlaşdıra bilər və Zəngəzurun azad edilməsinə başlaya bilər.
Burada Rusiyanın marağı Ermənistanın KTMT-yə görə cəzalandırılması, ABŞ və İsrailin marağı isə Zəngəzura ekspansiya etmiş İranın Azərbaycanın əliylə ilk zərbəyə məruz qalması olacaq. Azərbaycan ABŞ-ı xristian fundamentalizminə görə Ermənistana havadarlıq etmək istəyindən çəkindirə/inandıra bilsə və Zəngəzur dəhlizini güc tətbiq etməklə azad etməsinə ABŞ-nin dözümlü yanaşmasını təmin edə bilsə, o zaman Azərbaycan Qarakilsədən Mehriyədək güc tətbiq etməklə Zəngəzur dəhlizini bufer zona yaratmaqla açma əməliyyatına başlaya bilər.
Azərbaycan hadisələrin yuxarıda təsvir edilən ssenari üzrə inkişafına nail ola bilsə, Rusiyadan Zəngəzur dəhlizinin 10 noyabr Bəyanatında qeyd edilən rejimdə yox, yeni rejimdə - dəhlizin təhlükəsizliyini Azərbaycanın Türkiyəylə birgə təmin edəcəyi, fəaliyyət göstərməsi şərtini irəli sürməlidir.
Zəngəzur dəhlizinin Azərbaycanın güc tətbiqiylə açılması ABŞ və İsraili qane etməlidir. İran Rusiyaya silah ötürməklə Rusiyadan Zəngəzuru öz nüfuz dairəsinə salmaq imtiyazı qoparıb. Faktiki olaraq İran Rusiyaya silah ötürməyin müqabilində Zəngəzura ekspansiya edib. İranın vurulması da məntiqi olaraq onun Zəngəzurdan vurulub çıxarılması olmalıdır.
1945-46-cı il hadisələri yaddan çıxmamalıdır. Güney azərbaycanlılar və Azərbaycan Respublikası heç kimin əlində alət olmamalıdır. İranın vurulması və orada Güney Azərbaycan Respublikasının yaradılması kənar güclərin ssenarisi üzrə yox, güney azərbaycanlıların marağına uyğun olaraq Azərbaycan və Türkiyənin qurduğu plan üzrə getməlidir.