vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
15:34 | 13 iyul 2017 | Cümə axşamı Məqaləyə 2269 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdəbil dəmir əritmə zavodunun fəhlələri aclıq aksiyasına əl atıb

Şəhər prokuroru etirazçılarla görüşüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Son vaxtlar dəfələrlə etiraz mitinqləri keçirib və müxtəlif dövlət qurumlarına müraciət etdikdən sonra hər hansı bir nəticə ala bilməyən Ərdəbil dəmir əritmə zavodunun fəhlələri bu dəfə aclıq aksiyasına əl atıblar.

Məlumata görə, zavodun ixtisar edilmiş təxminən 100 fəhləsi bir neçə aylıq əmək haqlarının ödənilmədiyinə etiraz olaraq Ərdəbilin Mirza Əli Əkbər məscidində aclıq aksiyası keçiriblər.

Ərdəbil prokuroru Nasir Ətəbati zavod fəhlələrinin uzun sürən problemi ilə bağlı yerli icra orqanlarının məsullarını tənqid atəşinə tutub.

«Ərdəbil dəmir əritmə zavodu, ixtisar etdiyi təxminən 100 nəfər fəhləyə toplam olaraq 3 milyard tümən ödəməlidir. Fəhlələr əmək haqlarını ala bilmədikləri üçün Mirza Əli Əkbər məscidində aclıq aksiyası keçiriblər. Aclıq aksiyası zamanı etirazçılardan bir neçəsinin səhhəti pisləşib. Mən şəxsən etirazçıların arasında oldum və onların problemlərini dinlədim»,- deyə o bildirib.

Nasir Ətəbati əlavə edib ki, «problemlə əlaqədar bir neçə orqanla əlaqə saxlanıldı, sonra fəhlələrin əmək haqlarının hissə-hissə ödənilməsinə qərar verildi. Onlara veriləcək məbləğ 3 hissəyə bölündü, birinci olaraq təxminən 850 milyard tümən ödənildi. Budan sonra etirazçılar aclıq aksiyasını dayandırdı».

Prokuror, Ərdəbil rəhbərliyini işçilərin problemlərinə laqeyd yanaşmaqda günahlandırıb. «Çox təəssüflər olsun ki, yerli məsullardan biri də fəhlələrin etiraz etdiyi yerə gəlmədi. Əgər məhkəmə bu işə müdaxilə etməsəydi, vəziyyət daha da pis olacaqdı. Əmək Komissiyasının tədbirləri də heç bir nəticə vermir. Hazırda Ərdəbil dəmir əritmə zavodunun daxili işlərində 120 fəhlə çalışır. Səlahiyyətli orqanlar bu fəhlələrin əmək haqları məsələsinə müdaxilə etməsələr, onlar da gələcəkdə oxşar problemlərlə üzləşəcəklər.

Ərdəbil dəmir əritmə zavodunun fəhlələri uzun müddətdir əmək haqlarını ala bilmədikləri və qanunsuz olaraq ixtisar edildiklərinə görə, dəfələrlə Valilik binası önündə və Ərdəbil imam cüməsinin ofisi qarşısında etiraz aksiyası keçiriblər. Bütün cəhdlərə baxmayaraq bu günə qədər zavod fəhlələrinin problemləri öz həllini tapmayıb.

Qeyd edək ki, Güney Azərbaycanda hökm sürən iqtisadi tənəzzül və durğunluq bir çox sənaye və istehsal müəssisəsini ciddi problemlərlə üz-üzə qoyub, hətta bir çoxunun bağlanmasına səbəb olub. Həmin müəssisələrdə çalışan işçilər əmək haqlarını vaxtı-vaxtında ala bilmir və ya ixtisar edilərək işsiz qalır.