vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
16:37 | 17 yanvar 2014 | Cümə Məqaləyə 2208 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Türkiyə avtoritarizmə doğru gedir»

Ərdoğanın «rüşvət» əməliyyatında göstərdiyi mövqe...

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərədə cap olunan The Economist jurnalı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı ittiham edən yazı yayımlayıb. Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnal hökumət, məhkəmə, demokratiya mübarizəsini analiz edib.

Jurnal qeyd edib ki, bu mübarizələr Avropa Birliyinə üzvlük ümidlərini çökdürür. 
«İllərdir sürətlə yüksələn və siyasi islahatlar edən Türkiyə Ərdoğanın «avtoritar» yanaşmasıyla artıq geriyə doğru gedir.»
Ərdoğanın məhkəmə, prokurorluq üzərindəki nəzarətinə toxunan jurnal - «Öz içindəki düşmənin kökünü kəsir. Eyni zamanda Türkiyənin AB üzvlüyünə kölgə salır» - yazıb.
Ekonomist jurnalı Türkiyədə  son bir ildə baş verən etirazları, rüşvət qalmaqallarını, polis və məhkəmənin təmizlənməsini, iqtisadi durğunluğu sadalayır. Jurnal yazır ki, başqa dövr olsaydı tanklar indi Ankaranın və İstanbulun mərkəzində gəzərdi: «Bu ağrılı dövrdə şübhəsiz ki, türk əsgərləri əvvəllər 4 dəfə etdikləri kimi bu siyasətçiləri kənara süpürərdi. Generalların əsgər bölüklərində bəzilərinin isə həbsdə olması demokratiyanın inkişafında bir işarədir. Lakin Ərdoğanın «rüşvət» əməliyyatında göstərdiyi  mövqe demokratiyaya keçmişdəki bütün zərbələrdən daha effektli zərbə oldu».
Jurnal iddia edir ki, Ərdoğanın keçmiş müttəfiqi, indiki rəqibi Gülənə yaxın adamlar polis sisteminə və məhkəməyə sızıb.