vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
13:20 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2930 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Risk etmək istəmədik»

«Zirə»nin baş məşqçisi: «Futbolçularla bu barədə söhbət edəcəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Zirə»nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində «Səbail»ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

«Birinci oyun həmişə çətin keçir. Bu oyuna da uşaqları buna uyğun hazırlamışdıq. «Səbail» yaxşı rəqibdi. Planlaşdırdığımız kimi, oyuna qolla başladıq. Rəqibin də fürsətləri oldu. Anar Nəzirov da bu gün qapıda yaxşı oynadı. Bu oyundakı səhvlərimiz təhlil edib, təkrarlamamağa çalşacağıq. Komandanın müdafiə xəttini belə zəif görünməsi məni də narahat etdi. Futbolçularla bu barədə söhbət edəcəm. Onlara narazılığımı bildirmişəm. Penalti epizodunda Milan Duriçlə Riçard Qadze arasındakı anlaşılmazlığa gəlincə, hücumçularda bu cəhətdən paxıllıq olur. Qadze penaltini özü qazanmışdı deyə, qol vurmaq istədi. Sonradan hərəkətinə görə üzr istədi. Bu oyunda qol da vurdu. Qabriel Mateyin dizində ağrı var idi. Risk etmək istəmədik. Tam vəziyyətinə sabah həkim müayinəsindən sonra aydınlıq gələcək».