vaxtlı-vaxtında oxuyun! Cümə, 15 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
10:09 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2727 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Danışacam!»

Roman Qriqorçuk: «Heç nədən qorxmuram, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Topaz Premyer Liqasının 5-ci turunda səfərdə «Səbail»i məğlub edən (3:1) «Qəbələ»nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

- Qələbə qazandığımıza görə şadam. Oyundan razı qaldım. Uşaqların hamısına «afərin» deyirəm.


- Hakimin ofsayd qərarına kəskin etiraz etdiz… 

- Biz oturduğumuz yerdən Hallideyin oyundan kənar vəziyyətdə olmadığı aşkar görünürdü. Biz ehtiyat oyunçular skamyasından bunu açıq görürdük.


- Cavid Hüseynovun zədəsi nə yerdədi?

- Ciddi bir şey yoxdu. Sadəcə, bir qədər ağrıları olduğundan risk etmək istəmədik.


- «Sumqayıt»la oyundan sonra hakimlərdən narazılıq etmişdiz. Bir müddət öncə isə «Qəbələ»nin vitse-prezidenti Fariz Nəcəfov da AFFA-nı tənqid etdi. Düşünmürsüz ki, hakimlərin sizin əleyhinizə qərar verməsi bununla bağlıdı? 

- Mən burada olduğum müddətdə həmişə danışmışam, indi də danışacam. Heç nədən qorxmuram. Demirəm ki, ancaq bizim əleyhimizə qərarlar verirlər. Ancaq düzgün qərar olmayanda bu barədə danışmalıyıq.


- İlk 10-15 dəqiqədə Daboya qarşı çox əsəbi görünürdüz. İndi düşünmürsüz ki, ona qarşı haqsızlıq etmisiz?

- İlk dəqiqədən soyuqqanlı idim. Hansısa futbolçunun oyunundan narazılıq etmişəmsə, deməli, həmin anda buna layiq idi.