vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
14:33 | 18 noyabr 2017 | Şənbə Məqaləyə 2883 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... saqqalımı qırxacam»

Konte: ««Çelsi» «Qarabağ»a uduzsa, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Çelsi» komandasının baş məşqçisi Antonio Konte bu gün səfərdə «Vest Bromviç»lə keçirəcəkləri İngiltərə Premyer Liqasının XII tur matçından əvvəl mətbuat konfransına üzütüklü halda qatılıb.

«Report»un məlumatına görə, bu görkəmi ilə italiyalı mütəxəssis jurnalistlərin təəccübünə səbəb olub.

Konte həyat yoldaşının istəyi ilə saqqal buraxdığını açıqlayıb: «Həyat yoldaşım dedi ki, sifətdə tük yetişdirməyi bir dəfə sınaqdan çıxar. Bunu ilk dəfədir edirəm. Qarşıdakı görüşə baxacağıq. Görək, mənə uğur qazandıracaq, yoxsa... Zahiri görkəmimi yalnız xanımım belə istədiyi üçün dəyişməyə çalışacağam».

«İlk məğlubiyyətinizədək saqqal qalacaqmı?» sualına isə 48 yaşlı mütəxəssis ucadan gülərək cavab verib «Bəli. Ümidvaram ki, mövsümün sonlarında mənim böyük saqqalım olacaq».

Qeyd edək ki, «Vest Bromviç» - «Çelsi» matçı Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Daha sonra «zadəganlar» noyabrın 22-də Çempionlar Liqasının V tur oyununda «Qarabağ»ın qonağı olacaqlar. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.