vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
22:17 | 24 noyabr 2017 | Cümə Məqaləyə 2748 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Adamın çəkdiyi əziyyətə heyfi gəlir»

Dino Ndlovu: «Nə etmək istədiklərini başa düşmürük»

MÖVZU İLƏ ƏLAQƏLİ

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində «Çelsi»yə 0:4 hesabı ilə uduzan «Qarabağ»ın hücumçusu Dino Ndlovu oyundan sonra jurnalistlərə müsahibə verib. O, mətbuat nümayəndələrinin suallarını cavablandırıb:


- Hadisələrin bu qədər sürətlə cərəyan edəcəyini düşünürdünüzmü?

- Çox üzgünəm. İlk 20 dəqiqədə necə oynadığımızı gördüz. O cür də davam edəcəkdik. FİFA, ya da UEFA rəsmisi deyiləm deyə, hakimlərin bizə qarşı niyə bu cür davranmasını anlaya bilmirəm. Nə etmək istədiklərini başa düşmürük. Təbii ki, bizdən fərqli özləri nə etdiklərini yaxşı bilirlər. Fikir verin, son 3 oyunun hamısında komandamız azlıqda qalır.

 

- Son 3 oyunda matçı 11 nəfərlə tamamlaya bilmirsiniz. Bu nədən irəli gəlir?

- Yəqin kiçik klub olduğumuza görə. Həm də bu yarışda debütantıq, bunun da təsiri var. Bu qədər əziyyət çəkirik, adamın çəkdiyi əziyyətə heyfi gəlir. Eybi yox, bizim üçün böyük təcrübə oldu.

 

- Baş məşqçi oyundan sonra nə dedi?

- Heç nə. Yəqin ki, oyun indi qurtarıb ona görə sabah danışacaq.

 

- Bəs Rəşad epizodu ilə bağlı fikir bildirdimi?

- Rəşad da heç nə demədi. Bikef oturmuşdu.

 

- Son oyunda «Roma» ilə qarşılaşacaqsınız. Bu matç haqda nə düşünürsünüz?

- «Roma»yla oyuna itkilərlə çıxacağıq. Bədavi, Rəşad, Pedro kimi futbolçularımız bizə kömək edə bilməyəcək. Yenə də ümidimizi itirməmişik. Ən yaxşısını etməyə çalışacağıq. (Apasport)