Suriya nefti uğrunda savaş qızışır
Amerika aviasiyası bu dəfə İran qüvvələrini darmadağın edib qovdu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Çərpələng kimi zirvədə”
Tramp Baydenin televiziya debatlarından əvvəl narkotik testindən keçməsini istəyir
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
“Aşağı orbitdəkilər məhv ola bilər”
“Rusiya nüvə silahının sınaqdan keçirilməsi üçün kosmosa peyk göndərdi”
-
Kopperfildə qarşı cinayət işi
Məşhur illüziyaçı 16 qadına təcavüz etməkdə ittiham olunur
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
Faciəvi mənzərə
Ekologiya bəhanədir, məqsəd maraqlar və biznesdir
-
ABŞ-dan Çinə növbəti həmlə
Vergi və rüsumlar 2-3 dəfə artırıldı
-
“İqtisadiyyatlar ksenofobiya səbəbindən durğunlaşır”
Bayden deyir ki, Hindistan, Yaponiya, Çin və Rusiya immiqrantları istəmir
-
Oğurluqda günahlandırılır
Süni intellektə qarşı müəllif hüquqları iddiası qaldırılıb
-
6.5 milyard dollarlıq vəd
“Johnson & Johnson” anlaşma təklif edir
-
“İki dövlət həlli artıq çox çətindir”
Tramp “Time”a danışıb: “Nəticə ala bilməsələr, digər ordu birləşmələrini işə salacağam”
-
Milyarderin edam hökmü ləğv edilib
Babək Zəncaninin əfv fərmanını Xamenei təsdiqləyib
-
“Zombi maral xəstəliyi” epidemiyası
ABŞ-nin 50 ştatının 33-də müşahidə olunan virus insana yoluxurmu?
-
Təcavüz etdikdən sonra öldürüblər
Meyiti 9 gün sonra morqda tapılan qızın dəhşətli sonu
-
Reseptlə satılacaq
ABŞ-də tarixi “marixuana” hazırlığı
-
3,4 milyard dollarlıq təlatüm
Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub
Suriyanın Deyr əz-Zor əyalətində neft-qaz yataqlarının və «Konoko» qaz emalı zavodunun yerləşdiyi bölgəni kürdlərdən ibarət «Suriya Demokratik Qüvvələri»indən almaq üçün Bəşər Əsədi dəstəkləyən qüvvələrin daha bir hücumu iflasa uğrayıb.
Virtualaz.org «Anadolu» agentliyinə istinadən xəbər verir ki, bu dəfə İrana bağlı şiə silahlı birləşmələri bölgəyə irəliləməyə çalışıb. Lakin onlar ABŞ aviasiyasının sarsıdıcı zərbələrindən sonra darmadağın edilib və geri qaçıblar.
Xəbər verildiyi kimi fevralın 7-də əsasən «Vagnerin ordusu» kimi tanınan Rusiya özəl hərbi şirkətinin muzdlularından ibarət olmaqla 600-dan çox canlı qüvvə, çoxsaylı zirehli texnika kürdlərin nəzarətində olan «Konoko» qaz emalı zavodunu ələ keçirmək üçün hücuma cəhd edib. ABŞ aviasiyası hücum edən qüvvələrə üç saat ərzində sarsıdıcı zərbələr endirib və nəticədə 300-ə yaxın rus muzdlusu öldürülüb. O cümlədən İrana bağlı yaraqlılar da həmin hücum cəhdində itki verib. Bu hadisə həftələrdir ki, beynəlxalq mediada müzakirə olunmaqdadır.
«Anadolu» agentliyi özünün Deyr əz-Zordakı müxbirinə istinadla bildirir k, 4 gün əvvəl İran qüvvələri PKK/PYD qüvvələrinin nəzarətində olan Salihiyyə bölgəsinə cəmləşdirilib. Daha sonra onlar «Konoko» qaz emalı zavodunun ətrafına raket zərbələri endirməyə başlayıblar Artilleriyanın dəstəyi ilə İran qüvvələri «Konoko» zavodu ətrafındakı Cedide Akidat və Cedide Bakkara bölgələrində 22 nöqtəni tutublar.
Lakin ötən gün fevralın 26-da axşam saat 23.00 radələrində ABŞ döyüş təyyarələri İran qüvvələrinə və onların Salihiyyədəki düşərgələrinə güclü zərbələr endirib. Nəticədə İrana bağlı qüvvələr ciddi itki verərək ələ keçirdikləri mövqelərdən qaçmalı olublar. İtkilərin sayı barədə məlumat yoxdur. Pentaqon hələlik bu barədə məlumat yaymayıb.
Deyr əz-Zor bölgəsi Suriyanın neft-qaz yataqları ilə zəngin bölgəsidir. Bu regionda 11 iri neft yatağı yerləşir. Həmin yataqlarda Suriyanın karbohidrogen ehtiyatlarının təxminən üçdə biri cəmləşib. Kürdlərdən ibarət «Suriya Demokratik Qüvvələri» ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava dəstəyi ilə ötən ilin son aylarında Fərat çayının şərqinə doğru irəliləyərək «Konoko» qaz emalı zavodunu və ən iri neft yataqlarından olan «Əl Ömər» yatağını tutub. Hazırda Fərat çayının şərq əraziləri «Suriya Demokratik Qüvvələri»nin nəzarətindədir, çayın qərb sahilində isə kiçik əraziyə hələ də İŞİD nəzarət edir.