vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
14:00 | 15 fevral 2014 | Şənbə Məqaləyə 2299 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan kreditdən imtina etdi

Xərclərin yarıdan çoxunu Neft Fondu odəyəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan qazını Avropaya daşıyacaq Trans Anadolu Təbii qaz Boru Xətti (TANAP) layihəsinin icrası üçün heç bir ölkədən kredit alınmayacaq.

AzVision.az-ın məlumatına görə, 12 milyard dollara başa gələcək TANAP-ın təxminən 7 milyar dollarını Azərbaycan Dövlət Neft Fondu öz üzərinə götürüb. Yerdə qalan 5 milyardın təxminən 3-4 milyard dollarını Türkiyənin BOTAŞ şirkəti, 1-2 milyard dollarını isə BP şirkəti ödəyəcək. 

SOCAR-ın Türkiyədəki rəhbərinin müavini Samir Kazımlı mətbuata açıqlamasında bildirib ki, Azərbaycan bu layihə ilə bağlı kredit almaq istəmir, buna görə də dövlətlər öz qaynaqlarından istifadə edəcəklər.