“45 min işğalçı gizlədilib”
Azay Quliyev zəbt olunmuş ərazilərimizdəki erməni hərbçilərin sayını açıqladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Deputatların etik davranış qaydaları sərtləşdirilir
«Millət vəkili tərəfindən insanların şərəf və ləyaqətinin alçaldılmasını qadağan edən tələb...»
-
«Azərbaycan AHT təşəbbüsünə ilk qoşulan ölkələrdəndir»
Azay Quliyev dövlət katibi ilə, ədliyyə nazirini qəbul edib
-
Şura hesabat verdi
2016-ci ildə QHT sektorunda hansı işlər görülüb?
-
«ABŞ-ın Qarabağa yardımı qəbuledilməzdir»
Azay Quliyev USAİD nümayəndələrinə etirazlarını bildirib
-
«Beynəlxalq hüquq böhran içərisindədir»
Azay Quliyev: «Güclü dövlətlətr zəif həlqə axtarır ki, ...»
-
Avropa Parlamentində hesabat
«Azərbaycanda qadınların səsvermə hüququ Belçika, Fransa və ABŞ kimi ölkələrdən əvvəl olub»
-
Azay Quliyev narazı QHT-ləri bir masaya topladı
Şurada sektora aid aktual məsələlər müzakirə edildi
-
30 beynəlxalq təşkilata, 2112 parlamentariyə müraciət
Azərbaycan QHT-ləri 2 gün ərzində 761 təşkilat məktub göndərib
-
«Rusiya tərəfi bunu gözəl bilir»
«ATƏT PA-nın növbəti iclaslarında Bakı Qrupunun gələcək fəaliyyəti müzakirə olunacaq»
-
«Səviyyəmizi göstərdik»
Eldar İbrahimli: «Onlar da bunu çox yüksək qiymətləndirdilər»
-
Bakı-Kiyev İrəvana qarşı birləşdi
Erməni təxribatına ukraynalının cavabı: «Siz Dağlıq Qarabağı işğal etmisiniz...»
-
«ATƏT Bakıda vacib qətnamə qəbul edə bilər»
«Azərbaycanın bu sessiyaya ev sahibi seçilməsi təsadüf deyil»
-
Xocalı faciəsi ayrıca müzakirə olunacaq
Beynəlxalq ekspertlər Vilnüsə toplaşıb
-
«Reallıq ondan ibarətdir ki, ...»
«Ukraynanın güclü bir liderə ehtiyacı var»
-
«ATƏT-in yol xəritəsi olmalıdır»
«Bütün bu münaqişələrin hamısı saxta referendum keçirməklə başlayıb»
-
«Prioritet məsələlərdə maraqlar eynidir»
«Onlar düşdükləri vəziyyətdən çıxa bilməyəcək»
ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev qurumun siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin Berlində keçirilən iclasında həmkarlarını regional təhlükəsizlik məsələlərində etimadın möhkəmləndirilməsi üzrə dialoqu intensivləşdirməyə çağırıb.
Modern.az xəbər verir ki. A.Quliyevin sözlərinə görə, silahlanma üzərində nəzarət barədə istənilən danışıq münaqişələrin ilkin səbəbi nəzərə alınmaqla aparılmalı, ümumi kontekstdən ayrı-ayrı elementlər çıxarılmamalıdır.
“Etimad çatışmazlığı hər hansı mexanizmin olmaması və ya görülən tədbirlərin azlığından deyil, ayrı-ayrı dövlətlərin bütün sənədlərdə, o cümlədən ATƏT-in sənədlərində də əksini tapan beynəlxalq hüququn normalarına aşkar məhəl qoymamasının nəticəsidir. Əsrin dörddəbirindən çoxdur ki, biz regionumuzda suverenliyin və ərazi bütövlüyünün pozulduğunu müşahidə edirik. Bir çox münaqişələrin əsasında elə bu cür pozulma dayanır”, - deyən Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini buna əyani nümunə kimi göstərib.
Deputat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni təlimlərini və Ermənistanın bu ərazilərdə öz hərbi cəbbəxanasını, o cümlədən 45 minlik işğalçı hərbi bölməsini beynəlxalq monitorinqdən gizlətməsi barədə müəyyən edilmiş faktları xatırladıb. “Bu, regional təhlükəsizliyə ciddi təhdiddir”, - deyə Azay Quliyev vurğulayıb.