vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
17:45 | 30 dekabr 2012 | Bazar Məqaləyə 2023 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya Suriyaya hərbi gəmi göndərir

«Moskva Suriyadakı vətəndaşlarını köçürməyə hazırlaşır»

İnterfaks

Rusiya Qara dəniz Donanmasının «Novoçerkassk» desant gəmisi Novorossiysk limanından Suriyanın Tartus limanına yola düşüb. «İnterfaks»ın yazdığı məlumata görə, yaxın günlərdə gəmi bir neçə dəniz piyada takımı və döyüş texnikası qəbul edib.

Yanvarın birində «Novoçerkassk»-ın Egey dənizinə çıxaraq, Rusiya Qara dəniz donanması döyüş gəmilərinin dəstələri ilə görüşəcəyi gözlənilir.
Tartus Rusiyanın keçmiş SSRİ-dən qalma yeganə xarici hərbi bazasıdır.
Mənbənin bildirdiyinə əsasən, bir müddət öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirmişdi ki, Moskva Suriyadakı vətəndaşlarının köçürülməsi planını hazırlayır.