vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
13:21 | 2 iyun 2022 | Cümə axşamı Məqaləyə 2160 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Əsas müzakirə mövzusu Qarabağdır”

Bakıda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz işinə başlayıb

“Bakıda keçirilən Beynəlxalq Sosial Elmlər Konqresində əsas Qarabağ məsələsi müzakirə olunacaq”. Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev konqresin açılışında bildirib.

Onun sözlərinə görə, tədbir iştirakçıları Ermənistanın törətdiyi vəhşiliklər və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə gördüyü bərpa işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, bu gün Azərbaycanda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz işinə başlayıb. Tədbir 2-4 iyun tarixində Bakıda keçiriləcək.

Tədbirdə xüsusi qonaq olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova iştirak edir.