![](img/left_arrow.jpg)
![](img/right_arrow.jpg)
Ukrayna ordusuna qoşulmaq üçün 3 mindən çox müraciət var
Heç kimə qulaq asmayan Ukrayna Novorossiysk limanını vurub
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
Əsrarəngiz abidələrin sirri açıldı
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
İrlandiya parlamentinin yuxarı palatası senat Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyan qətnamə qəbul edib. Bu barədə məlumatı özünün “Twitter” hesabından senatın spikeri Mark Deyli paylaşıb.
Sənəddə deyilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi tamamilə əsassız idi və buna görə də beynəlxalq hüquqa ziddir: “Rusiya hərbçilərinin hərəkətləri BMT-nin soyqırım cinayətlərinin önlənməsi və bu cinayətlərə görə cəzalandırmaya dair BMT Konvensiyasının soyqırım təfsirinə tamamilə uyğundur”.
Senat dünya ölkələrini Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə və Rusiyadan neft, qaz və kömürün idxalına qadağan qoyulması üzərində işin davam etdirilməsinə çağırıb.
Qətnamədə deyilir ki, bunların satışından əldə olunan vəsait “Rusiyanın Ukraynaya qarşı hərb maşınının” maliyyələşdirilməsinə xərclənir.
Bundan əvvəl Kanada, Latviya, Estoniya, Litva və Çexiyanın parlamentləri Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyan qətnamələr qəbul edib.
Bundan başqa Litva parlamentinin qəbul etdiyi qətnamədə deyilir ki, “Rusiya terroru dəstəkləyən və həyata keçirən dövlətdir”.
Aprelin ortalarında ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukrayna siyasətini soyqırım adlandırmışdı: "Mən bunu soyqırım adlandımışam, çünki getdikcə daha da aydın olur ki, Putin sadəcə olaraq ukraynalı olmaq fikrinin yer üzündən silinməsinə can atır. Rusların Ukraynada törətdikləri çox dəhşətli əməllər barədə sübutlar artır”.
***
Bu arada Ukraynada müharibəyə görə Rusiya lobbiçilərinə Avropa Parlamentinə giriş qadağan edilib.
“Reuters” agentliyinin yazdığına görə parlamentin sədri iyunun 2-də deyib ki, “Avropa özünü Kremlin təsir və təbliğatından qorumalıdır”.
Avropa Parlamentinin sədri Roberta Metsola iyunun 2-də “Twitter”də yazıb: "Bu qərar dərhal qüvvəyə minir. Rusiya şirkət nümayəndələrinə giriş qadağan olunur. Biz onların Ukraynaya müdaxilə ilə bağlı təbliğatlarını və saxta mülahizələrini yaymalarına imkan verməməliyik”.
Parlamentin liberal “Renew” fraksiyası bu addımı alqışlayıb və onu “Rusiyanın dövlət təbliğat maşınına zərbə” adlandırıb.
Fraksiya bildirib ki, bu qərar Rusiyanın “davakar lobbiçilərini Avropa siyasətçilərini və siyasətlərini təsirləndirmək imkanını məhdudlaşdıracaq.