vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
16:30 | 13 iyun 2022 | Bazar ertəsi Məqaləyə 1422 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Futbol qaydalarında yeni dəyişikliklər

Oyunçu dəyişikliyi, və heyət sayında artım var

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İnternational Football Association Board – İFAB) komandalara oyun ərzində 5 əvəzetmədən istifadəyə imkan verən qaydaları daimi əsasda təsdiqləyib.

Koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb.

Bu qayda aparıcı milli və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB bütün futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib.

Habelə, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.