vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
18:29 | 10 iyul 2022 | Bazar Məqaləyə 813 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniyada diplomatik skandal

Ukrayna səfirini geri çağırıb, istefaya göndərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin Almaniyadakı qalmaqallı səfirini istefaya göndərib.

Prezidentin bu addımı İkinci Dünya Müharibəsi zamanı Ukraynanı işğal edərkən nasistlərlə əməkdaşlıq etmiş ukraynalı Stepan Banderanı müdafiə edən Andrey Melnikin son açıqlamalarından sonra atılıb.

Melnik müsahibəsində deyib ki, müharibə zamanı Ukrayna Millətçiləri Təşkilatının lideri Bandera yəhudilərin və polyakların kütləvi qatili deyil.

Melnikin sözlərindən sonra Almaniya, Polşa və İsraildən ictimai etirazlar yaranıb. Ukrayna Xarici İşlər Nazirliyi Melnikin açıqlamalarının Ukrayna Xarici İşlər Nazirliyinin mövqeyini əks etdirmədiyini bildirib.