Parisin niyyəti məlumdur
Əliyev niyə iki Paşinyanla danışıq aparmalıdır ki?
Asif NƏRİMANLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
Fransa senatı noyabrın 15-də Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsini müzakirəyə çıxaracaq: sanksiya qərarı olarsa belə, bunun praktiki tətbiqinin reallaşması ehtimalı azdır, xüsusilə Bakının Avropanın enerji təminatında rolunun heç olmadığı qədər artması fonunda.
Lakin bu məsələ Fransanın Azərbaycana qarşı münasibətini yenidən gündəmə gətirir və bu ölkənin ümumiyyətlə Bakı-İrəvan münasibətlərinin normallaşmasında, sülh müqaviləsinin imzalanması prosesində iştirakını sual altına salır. Makronun son dövrlər Mişelin formalaşdırdığı Brüssel formatını ələ keçirməyə çalışması da bu kontekstdə diqqətçəkən məqamdır.
Müharibədən sonra Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində Qərb cəbhəsinin aktivliyi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin timsalında ön plana çıxdı: Brüssel formatında 4 görüş keçirilib və müəyyən razılaşmalar əldə olunub:
– Sərhədin delimitasiyası üzrə işçi qrupunun formalaşdırılması;
– Bakı-İrəvan xəttində XİN rəhbərləri səviyyəsində birbaşa təmasın qurulması;
– Sülh sazişi mətninin hazırlanması ilə bağlı razılaşma və s..
Brüssel formatının ön plana çıxdığı vaxt Makron masada peyda oldu və aydın görünür ki, təşəbbüsü mənimsəməyə çalışır. Və burada Yelisey sarayının həm geosiyasi, həm regional maraqları var:
1. Aİ-yə hazırda rəhbərlik edən ölkə kimi ön plana çıxmaq;
2. Rəsmi Brüsselin hazırladığı formatı ələ keçirməklə Cənubi Qafqazda bu yolla təsir gücünü artırmaq;
3. Geosiyasi proseslərdə aparıcı oyunçu olduğunu sərgiləmək və Cənubi Qafqaz üzərindən Rusiya ilə “bazarlıq” imkanı qazanmaq;
Dördüncüsü, təbii olaraq, Ermənistanın maraqlarını müdafiə etmək;
Paşinyanın əsas ümidi də Makrondur və Praqa görüşündə Fransanın təsiri ilə “çox şeyə nail” olacağını hesablayırdı.
1. Sərhədə gələcək mülki missiyanın Azərbaycan ərazisində də yerləşməsi;
2. Kommunikasiyanın açılması məsələsinin Ermənistanın maraqları kontekstində bəyanatda əksini tapması;
3. Qarabağdakı ermənilərin “statusu”na zəmin yaradacaq məsələlərin müzakirəsi;
Əliyev bu oyunun qarşısını aldı, Praqa bəyanatının mətni də bunu təsdiqləyir:
– Mülki missiyanın Azərbaycan ərazisinə daxil olmasına imkan verilmədi;
– Kommunikasiyanın açılması məsələsi bəyanata daxil edilmədi və bununla Zəngəzur dəhlizi 10 noyabr razılaşmasına uyğun aktuallığını saxladı;
– Qarabağ məsələsi daxili işimiz olaraq ümumiyyətlə müzakirə edilmədi.
Lakin bəllidir ki, Fransa müxtəlif yollarla Azərbaycana qarşı planlarını davam etdirir və rəsmi Parisin niyyətinin nə olduğu da məlumdur:
– Sərhədin Ermənistanın maraqlarına uyğun müəyyən edilməsi;
– Kommunikasiyaların İrəvanın istədiyi formada açılması;
– Qarabağdakı ermənilərin “öz müqəddəratını təyin etmə” məsələsinin ön plana çıxması və s..
O zaman sual yaranır: Azərbaycan hakimiyyəti Fransanın iştirakı ilə keçirilən görüşlərdə niyə iştirak etməlidir?!
Fransa son 30 ildə Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edir, 44 günlük müharibədə Makron Paşinyan qədər işlədi, müharibədən sonra Azərbaycana qarşı bütün proseslərdə bu ölkə yer alır, qondarma “status” məsələsindən əl çəkmir. Və bu ölkənin indiyə qədər olduğu kimi, bundan sonra da Bakı-İrəvan münasibətlərində iştirakçı olması yalnız Ermənistan maraqlarının qorunmasına xidmət edəcək.
Bu baxımdan, rəsmi Bakı Fransanın “vasitəçiliyindən” də, Makronun iştirak etdiyi Azərbaycan-Ermənistan münasibətlərinə həsr olunmuş görüşlərdən də imtina etməlidir. Əliyev niyə iki Paşinyanla danışıq aparmalıdır ki?!