vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AMERİKA  
09:59 | 8 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 570 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

110 saat avtonom işləyir

ABŞ-ın yeni sualtı dronu modul konstruksiyaya malikdir

Amerika gəmiqayırma şirkəti “Huntington Ingalls Industries” (HII) “Remus 620” pilotsuz sualtı aparatını təqdim edib.

Sualtı dron modul konstruksiyaya malikdir ki, bu da cihazın xüsusiyyətlərini dəyişməyə imkan verir.

Dronun ölçüləri və funksiyaları quraşdırılmış akkumulyator bölmələrinin sayından asılı olacaq. Üç bölmə cihazın 110 saat avtonom işləməsini təmin edir. “Remus 620” həmçinin iki faydalı yük moduluna sahibdir.

Şirkətin insansız sistemlər bölməsinin rəhbəri Dueyn Foteringemin sözlərinə görə, dron donanmanın pilotsuz sistemlərini birləşdirmək məqsədi daşıyan ABŞ Hərbi Dəniz Qüvvələrinin strategiyasına uyğun olmaq üçün sıfırdan hazırlanıb. (Oxu.az)