Makronun məkri ...
Fransanın Azərbaycan əleyhinə qətnaməsinə qəti mövqe
Turan RZAYEV, politoloq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Depardye həbs olunub
Məşhur aktyor yenə cinsi təcavüz ittihamı ilə üzləşib
-
Afrikada Fransa antipatiyası
Burkina Fasoda üç diplomat deportasiya edilib
-
Yeni Kaledoniya və istilaçı Fransa
Kiçik tarixi, iqtisadi araşdırma
-
Hotelin altından 640 illik qala tapılıb
Xəndəklənmiş binada sikkələr, zinət əşyaları ilə yanaşı mebel də olub
-
Le Pen qəyyumluğa götürüldü
Fransa ifrat sağçı partiyanın liderliyi atadan qızına ötürülüb
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Avropada traktor inqilabı
Qitənin inkişaf etmiş ölkələrinin fermerləri üsyana qalxıb
-
Fransanın qatı ermənipərəst baş naziri
Attalın yəhudi əsilli olması heç nəyi dəyişmir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
Ya fransız olun, ya da fransız...
Cinsi azlıqlara haqq tanıyan Makron, etnikləri gömür
-
Fransada dəhşətli yanğın
Çoxlu insan, o cümlədən uşaqlar həlak olub
-
Makrona maxinasiya şoku
“McKinseygate” qalmaqalı ilə bağlı araşdırmalar başladı
-
“Onsuz da öyrənmək çətindir”
Bricit Makron fransızcanın müdafiəsində ...
-
La-Manşda qayıq batıb
30-50 arası miqrantın axtarışına başlanılıb
Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən yalan və iftira dolu qətnamə qəbul edildi.
Milli Assambleyanın 256 deputatı qətnamənin lehinə səs verib. Bu qətnamə prinsip etibarilə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır.
Qətnamənin müəllifi Makrondur!
Qətnamə layihəsinin həmmüəllifləri “Renessans” partiyasından olan deputatlar olub. “Renessans” partiyası əslində Fransa Prezidenti Emmanuel Makron tərəfindən qurulan "İrəli, Respublika" (LREM) partiyasıdır. Bu ilin sentyabr ayında partiya rəsmi olaraq adını "Renessans" olaraq dəyişib.
Ümumiyyətlə Makron partiyanın adını təkcə "Renessans" etməklə kifayətlənmədi, həm də klassik üslubda bir partiyaya çevirdi. Çünki “İrəli, Respublika” partiyası həm sağı, həm də solçuları birləşdirən transpartiyalı siyasi hərəkat idi.
Qətnamə layihəsinin həmmüəlliflərinin “Renessans” partiyasından olan deputatlar olduğunu nəzər alsaq demək olar ki, bu qətnamənin müəllifi birbaşa Fransa Prezidenti Emmanuel Makrondur.
Makronun məqsədi
Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə “iştirak etmək” istəyir. Bunu bir neçə gün öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ofisindən Prezidentin köməkçisi Hikmət Hacıyevə gələn zəng də təsdiqləyir.
Belə ki, həmin zəngdə bildirilib ki, Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev isə açıqca şəkildə bildirdi ki, “şərtli” görüşdən imtina edir. Prezident həm də onu qeyd etdi ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik.
Görünür bundan öncə Prezident İlham Əliyev regiona heç bir aidiyyəti olmamasına baxmayaraq, görüşdə iştirakına razılıq verməsi Makronu cəsarətləndirdiyi kimi indi də qəzəbləndirib.
Makron məlum qətnamə ilə regionda sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirməyə çalışır. O bu yolla regionda Fransanın iştirakı olmadan sülhün bərqərar olmayacağı mesajını verməyə çalışır.
Ümumiyyətlə Emmanuel Makronun Azərbaycan əleyhinə tutduğu mövqe onun heç bir halda vasitəçi ola bilməyəcəyini sübut edir. Bu həm də Azərbaycan Prezidentinin “bir görüşdə iki bacı ilə” üz-üzə oturmayacağıq mesajının doğruluğunu göstərir.
Rəsmi Bakının cavabı necə olmalıdır?
Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında qəbul edilən yalan və iftira dolu qətnaməyə rəsmi Bakı səssiz qalmamalı və mütləq cavab verməlidir:
Birincisi, Fransa ilə siyasi əlaqələrə yenidən nəzər keçirilməli Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məsləhətləşmək üçün Bakıya çağırılmalıdır. Bundan başqa Fransanın ölkəmizdəki səfəri XİN çağırılıb nota təqdim edilməlidir.
İkincisi, Azərbaycan Fransanın Əlcəzairdə törətdiyi soyqırım aktlarını rəsmi olaraq tanımalıdır.
Üçüncüsü, Fransa tez-tez ermənilərə “status” tələbi ilə çıxış edərək faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdiyi kimi daxili işlərinə də qarışır. Rəsmi Bakı bunu əsas gətirərək Korsikada baş verən iğtişaşlara və adanın müstəqillik hərəkatına siyasi dəstək verə, habelə Yeni Kaledoniyanın müstəqilliyini tanıya bilər.