vaxtlı-vaxtında oxuyun! Bazar, 12 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
KİNO-TEATR  
23:00 | 3 aprel 2014 | Cümə axşamı Məqaləyə 2179 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vətənimdə rus çəkməsi istəmirəm»

Vaxtanq Kikabidzedən Rüstəm İbrahimbəyova sillə kimi nümunə

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hər şey axır, hər şey dəyişir, rus şovinizmindən başqa». «Axar.az» xəbər verir ki, bu sözləri tanınmış gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidze Ukrayna mətbuatına verdiyi müsahibəsində deyib.

Kikabidze müsahibəsində Maydanda və Krımda baş verən hadisələrə də toxunub.

«Maydanda insanlar öldürüləndə mən özümə yer tapa bilmirdim. Sutkanın 24 saatını Kiyevi hiss edirdim. Orada olmaq istəyirdim. Təəssüf ki, yaş öz sözünü deyir. Əgər 20 il cavan olsaydım Maydana gedib azad, varlı Ukrayna xalqı üçün mübarizə aparardım», - deyə aktyor bildirib.

Kikabidze bildirib ki, 2008-ci ildə ruslar Gürcüstana hücum edəndə yüzlərlə ukraynalı onların müdafiəsinə gəlmişdi: «İndi Maydanda azadlıq və müstəqillik uğrunda gürcülər savaşırdı. Hətta onlardan 1 nəfər də həlak oldu. Gürcülər Maydanda ön sıralarda idilər və «Berkut»un qabağından çəkilmədilər».

Ukraynanın təhlükəsizliyi ilə bağlı verilən suala Kikabidze belə cavab verib: «Ukrayna nüvə silahı saxlamağa qadir ölkədir. Kim bilir, Putin Kremldə nə qədər qalacaq. Zalım dünyada allahsızlarla mübarizə aparmaq üçün xoş niyyətli olmaq çətindir. Ümumiyyətlə, mümkün deyil. Əgər bu baş verməsə, onda əvvəlcə rus əsgəri, sonra rus tankı, daha sonra isə rus çəkməsi gələcək. Mən doğma Gürcüstanımda rus çəkməsini istəmirəm. Onları doğma Ukraynada görmək istəmirəm».

Qeyd edək ki, Vaxtanq Kikabidze 2008-ci ildə Rusiyanın Gürcüstana qoşun yeritməsindən sonra Rusiyanın «Dostluq ordeni»ndən imtina etmişdi.