vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVROPA  
12:28 | 13 iyul 2024 | Şənbə Məqaləyə 329 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir həftədə 7 nəfər ölüb

Yunanıstanda “Covid-19” həyəcanı

MÖVZU İLƏ ƏLAQƏLİ

Yunanıstanın Milli İctimai Səhiyyə Agentliyi (EODY) yaşlıları və risk qruplarını “Covid-19”-a qarşı diqqətli olmaları və ölkədə artan xəstəliyə yoluxma hadisələrinə qarşı lazımi tədbirlər görmələri barədə xəbərdarlıq edib.

EODY tərəfindən dərc edilən həftəlik hesabatda 1-7 iyul tarixləri arasında qeydə alınan “Covid-19”-a yoluxma hadisələri ilə bağlı məlumat paylaşılıb.

Hesabatda 7 gündə “Covid-19” səbəbiylə 21 nəfərin öldüyü, iyulun ilk həftəsində bu xəstəliyə yoluxan 575 nəfərin xəstəxanalarda müalicə olunduğu bildirilib.

“Virusun (Covid-19) daha aktiv olması səbəbindən xəstəxanaya yerləşdirilmələrin artdığı müəyyən edilib. Yaşlılara və risk qruplarına tənəffüs yolu infeksiyalarına qarşı diqqətli olmalarını və gördükləri təqdirdə dərhal həkimə müraciət etmələrini tövsiyə edirik simptomlara gəlincə, risk qrupları ilə sıx təmasda olan şəxsləri təması məhdudlaşdırmağa çağırırıq”, – deyə, hesabatda bildirilir