vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AKTUAL  
17:32 | 17 iyul 2024 | Çərşənbə Məqaləyə 1406 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... 14 məktəbli xəstəxanaya aparılıb

“Super acılı” kartof çipsi yedikdən sonra ...

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaponiyanın paytaxtı Tokioda orta məktəbdə oxuyan 14 şagird “super ədviyyatlı” kartof çipsləri yedikdən sonra xəstəxanaya yerləşdirilib. “Kyodo” agentliyinin məlumatına görə, paytaxtın Ota rayonundakı Rokuqo Koka Liseyində 13 qız və bir oğlan ürəkbulanma və qarın ağrısından şikayətlənib. Araşdırmada şagirdlərin məktəbə “18+ köri çipsi” etiketli və “super acılı” kimi tanınan kartof çipsləri gətirdikləri müəyyən edilib.

Ürək bulanması və qarın ağrısından əziyyət çəkən tələbələr xəstəxanaya aparılıb.

Çiplərin istehsalçısı “Isoyama Corp”dur. Şirkət sosial mediadakı reaksiyalardan sonra ictimaiyyətdən üzr istəyib. İstehsalçının açıqlamasında, “Özünü yaxşı hiss etmədiyini bildirənlərin ən qısa zamanda sağalacağını ümid edirik”, – deyib.

Şirkətin internet saytında 18 yaşdan kiçiklərə həddindən artıq ədviyyatlı olduğu bilinən “18+ köri çipsləri” yeməmələri ilə bağlı xəbərdarlıqlar var.