vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
23:36 | 18 iyul 2024 | Cümə axşamı Məqaləyə 213 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Nə qədər davam edərsə etsin, ...”

Britaniyanın baş naziri Starmer: “... Biz Ukraynanın yanında olacağıq”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın baş naziri Key Starmer Oksfordşirdə keçirilən 4-cü Avropa Siyasi Birliyinin Zirvə Toplantısından sonra mətbuat konfransı keçirib. Sammitin çox uğurlu və məhsuldar keçdiyini bildirən Starmer, Ukraynanın enerji ehtiyaclarının dəstəklənməsi də daxil olmaqla bir çox öhdəliklərin müzakirə edildiyini bildirib. “Nə qədər davam edərsə etsin, Ukraynanın yanında olacağıq” deyən Starmer, zirvədə Moldovanın Rusiyanın müdaxiləsindən qorunması da daxil olmaqla bir çox mövzunun Avropa liderləri tərəfindən müzakirə edildiyini bildirib.

***

İngiltərədəki immiqrasiya və təhlükəsizlik məsələlərinə də toxunan Starmer, “bu mövzularda irəliləyiş yalnız avropalı dostlarımızla əlaqə saxlamaqla mümkündür. Biz müdafiə və təhlükəsizlik və qeyri-qanuni immiqrasiya mövzusunda əməkdaşlığımızı dərinləşdirəcəyik, burada yanaşmamızı yenidən müəyyənləşdirmişik. Bu günün əsas mövzusu idi”.

Qeyri-qanuni immiqrasiyanı dayandırmaq üçün 84 milyon funt sterlinqlik bir fond açıqlayan Starmer, bu pulun Afrika və Yaxın Şərqdəki layihələri maliyyələşdirəcəyini və iş imkanları və təhsilə çıxışla kömək etməyi hədəflədiyini ifadə etdi.

İngiltərənin yenidən Avropa Birliyinə daxil olması ehtimalını şərh edən Starmer, “Birləşmiş krallığın daha yaxşı bir razılaşma istədiyini qəbul edirəm və düşünürəm ki, daha yaxın əlaqələr qurula bilər, – deyib.

***

İngiltərə Baş naziri Starmerdən sonra açıqlama verən Fransa prezidenti Emmanuel Makron İngiltərənin AB ilə əlaqələrini bərpa etmək cəhdlərini alqışlayıb, lakin yeni bir razılaşmanın seçilə bilməyəcəyi barədə xəbərdarlıq edib. İngiltərə ilə Fransanın özünəməxsus və çox güclü əlaqələrə malik olduğunu bildirən Makron, razılaşdırılan və imzalananlara hörmət edilməsi lazım olduğunu da vurğulayıb.