İsraildə həyəcan
Hava məkanı bağlanıb
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“F-35”lər terrorçuların qalasını dağıdıb
“Hizbullah”ın daha bir yüksəkrütbəlisi məhv edilib
-
Ratsiyalar yapon markası olub?
Livanda partlayışlarla gündəmə gələn cihazların istehsalçısı İCOM
-
Əvvəlcə siqnal, sonra partlayış
İkinci dalğada ratsiyalar daha çox terrorçu öldürdü
-
“Hələ aktivləşdirilməyən imkanlarıımız var”
İsrail qərargah rəisi: “Hər mərhələdə Hizbullahın cəzası yüksək olmalıdır”
-
İsrail ordusunda yerdəyişmə
Müharibə yeni mərhələyə qədəm qoyub
-
... Mobil telefonlarımız təhlükəsizdirmi?
Livanda peycer partlayışlarından sonra ağla gələn sual budur ...
-
Cibimizdəkilər partlaya bilərmi?
Peycer hücumu terror təşkilatının əməliyyatlarına ciddi maneə yaradacaq
-
İndi də ratsiyalar partladı
3 ölü və yüzlərlə yaralı var
-
“BAC Consulting”in saytı günortadan işləmir
Terrorçulara partlayan peycerlər satan Macarıstan şirkəti mübahisələrin mərkəzindədir
-
Terrorçulara məxsus binalar vurulub
Dünyanın danışdığı partlayışdan sonra 5 hədəfə hücum
-
Peycer necə ölümcül bombaya çevrildi
Hizbullahın gizli rabitə şəbəkəsi hədəfə alınıb
-
Partladıcı kartlar
İsrail istehsal mərhələsində “Hizbullah”ın tələb etdiyi Tayvan istehsalı olan rabitə cihazlarına partlayıcı yerləşdirib
-
İkinci əl satışı olub?
Dünya partlayan peycerlərdən danışır
-
“Bu, çox utancvericidir”
Partlayan cihazları Avropada bir şirkət tərəfindən istehsal edilib
-
Müharibə sayəsində sərvət qazanıb
Təyyarələrində raket əleyhinə müdafiə sistemləri daşıyan El Al yüksək qiymətləri ilə israilliləri qəzəbləndirib
-
Livanda matəm
“Hizbullah qanuni hədəfdir, çünki o, terror təşkilatıdır”
Tehranda HƏMAS lideri Haniyəni və Livanın paytaxtı Beyrutda təşkil edilən hücumlarda “Hizbullah” lideri Fuad Şükrü qətlə yetirən İsrail mümkün cavab tədbirindən narahat olub. Beyrut və Tehrandakı hücumlardan sonra bölgədə yaranan gərginliyə görə İsrail rəhbərliyinin ölkənin şimalını uçuşlara bağladığı bildirilib.
İsrail mətbuatında yer alan xəbərdə ölkənin şimalındakı hava sahəsinin Təl-Əvivin üzərində yerləşən Hadera şəhərindən başlayaraq uçuşlara bağlandığı bildirilib. Uçuş qadağasının 24 saat ərzində həyata keçiriləcəyi və bölgədə yollarda heç bir məhdudiyyətin olmadığı bildirilib.
İsrail ordusu ötən gün Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.
Bu gün səhər tezdən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində həyatını itirib.
***
Bu arada İsrail baş nazirliyinin kabinet üzvlərindən İranın paytaxtı Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi barədə açıqlama verməmələrini xahiş etdiyi bildirilib.
HƏMAS və İran İnqilab Keşikçiləri (SEPAH) Haniyənin ölümü ilə nəticələnən hücumun arxasında İsrailin olduğunu açıqlayıb. İsrail rəsmiləri Haniyənin qətli ilə bağlı susqunluğunu davam etdirir.