vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ASİYA  
16:47 | 20 avqust 2024 | Çərşənbə axşamı Məqaləyə 223 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əfqanıstanda orta əsr qanunları

Saqqalsız polisləri qovdular, musiqi alətlərini sındırdılar

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Taliban hakimiyyəti təkcə qadınlara deyil, kişilərə də rahatlıq vermir. Əfqanıstan rejim 280-dən çox mühafizəçini saqqal buraxmadığı üçün işdən çıxarıb.

Səlahiyyətlilər ötən il 13 mindən çox adamın “əxlaqsızlıq etdiyi üçün” saxlanıldığını açıqlayıb. Əxlaqsızlığın qarşısının alınması və Əxlaqın Təbliği Nazirliyi rəsmilərin bir il ərzində 21 mindən çox musiqi alətini sındırdığını və bir çox filmin yayımına mane olduğunu bəyan edib.

Taliban tərəfindən tətbiq edilən şəriət qanunlarına görə, qadınlar tamamilə örtülməli, kişilər isə saqqal saxlamalıdırlar.

2021-ci ilin avqustunda yenidən hakimiyyəti ələ keçirən Taliban, qadın və qızların təkbaşına küçəyə çıxması və məktəbə getməsinə də bir çox məhdudiyyətlər qoyub.