Pekin Vaşinqtonun yerini alır
Əfqanıstan administrasiyası beynəlxalq arenada Çindən diplomatik dəstək istəyib
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
“Bu hadisə Çini yavaşladacaq”
Peyk görüntüləri Pekinin nüvə sirrini açıb
-
Tokiodan Pekinə tarixi hədə-qorxu
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
-
Talibanın zirvə arzusu
Əfqanıstan administrasiyası BRİCS sammitinə heyət göndərmək istəyir
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
Çindən ballistik raket hədəsi
Sakit okean hövzəsində gərginlik yüksəlir
-
“Səsimizi çıxarsaydıq, belə olmazdı”
Talibanın qadağaları Əfqanıstandakı kişiləri də vurdu
-
... 9 ABŞ şirkətinə sanksiya
Tayvana silah satışına görə...
-
20 ildir ailəsini görmürdü
Çin 2006-cı ildən həbsdə olan amerikalı keşişi azad edib
-
75 ilin ən güclüsü
Bebinca tayfunu 25 milyonluq şəhəri iflic edib
-
Qadın xəyallarının qəbiristanlığı
Kişilərə baxması qadağan edilən zərif cinsin nümayəndələrindən Talibana sərt etiraz
-
Çin Bebincanı qarşılamağa hazırlaşır
Qasırğası səbəbindən Şanxayda 9 min 318 nəfər təxliyə edilib
-
İşsizlik və daşınmaz əmlakda geriləmə
Daxili tələbdəki zəifliyin Çin iqtisadiyyatına mənfi təsiri davam edir
-
Çinə qarşı qiymət artımı dəqiqləşdi
ABŞ-ın beş ay əvvəl verdiyi qərar iki həftə sonra qüvvəyə minəcək
Çin Əfqanıstanın müvəqqəti hökumətini rəsmən tanımasa da, iki tərəf arasında münasibətlər yaxşılaşır. Baş nazirin müavini vəzifəsini icra edən Əbdülsalam Hənəfi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çindən Əfqanıstana beynəlxalq arenada dəstək verməsini istəyib.
Hökumət sarayından verilən açıqlamaya görə, müvəqqəti hökumətin baş nazirinin müavini Əbdülsalam Hənəfi paytaxt Kabilə səfər edən Çinin mədəniyyət və turizm nazirinin müavini Li Kun və Çinin Kabildəki səfiri Cao Şinq ilə görüşüb.
Görüş zamanı nazir Kun Çinin “Metallurgical Group Corporation” (MCC) şirkətinin Əfqanıstanın ən böyük mis mədəni sahəsi olan Mes Aynekdə işə başlamasından məmnunluğunu ifadə edib.
İki ölkə arasında tarixi, yaxın və güclü əlaqələrin olduğunu qeyd edən Kun Əfqanıstanın sosial-iqtisadi inkişafına ümid etdiyini bildirib.
Kun, Mes Aynekdəki qazıntılar zamanı tapılan tarixi əsərlərin qorunacağına söz verib.
Əfqanıstanın müvəqqəti hökumətinin baş nazirinin müavini Əbdülsalam Hənəfi “vacib iqtisadi və siyasi tərəfdaş” olaraq təyin etdiyi Çinin ərazi bütövlüyünü və həyata keçirdiyi iri layihələri dəstəklədiyini bildirib.
Hənəfi Əfqanıstan və Çin arasında Vaxan dəhlizinin açılmasının iki ölkə arasında münasibətləri yaxşılaşdıracağını bildirib.
Ölkədə korrupsiya və narkotiklərlə mübarizə apardıqlarını və ölkənin inkişafı üçün infrastruktur layihələrinə diqqət ayırdıqlarını vurğulayan Hənəfi Əfqanıstan ərazisinin Çin də daxil olmaqla heç bir ölkə üçün təhlükə yaratmasına icazə verməyəcəklərini vurğulayıb.
Bu arada Hənəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çindən Əfqanıstanı beynəlxalq arenada dəstəkləməsini istəyib.
Dünən Çinin MCC şirkəti Əfqanıstanın Loqar əyalətində yerləşən ölkənin ən böyük mis mədən sahəsi olan Mes Aynekdə işə başlayıb. Birinci mərhələdə şirkət mədənlərə girişi asanlaşdırmaq üçün lazımi yolları çəkəcək, daha sonra faydalı qazıntıların çıxarılması üçün qazıntı işlərinə başlayacaq.
***
Çin ABŞ-ın rəhbərlik etdiyi NATO qüvvələrinin ölkədən çıxarılmasından sonra qurulan Əfqanıstan müvəqqəti hökumətini rəsmən tanımasa da, münasibətlərini yaxşılaşdırmağa çalışdığı müşahidə edilir.
Kəmər və Yol Təşəbbüsü ilə tarixi İpək Yolu marşrutu boyunca nəqliyyat və infrastruktur layihələri ilə Şərq-Qərb ticarətini canlandırmağı hədəfləyən Çin bunu Əfqanıstanda siyasi və iqtisadi sabitliyin təmin edilməsində öz maraqları çərçivəsində görür.
Çin Əfqanıstanın zəngin mineral ehtiyatlarının istismarına və ölkənin yenidən qurulmasına yönəlmiş rabitə, nəqliyyat, enerji və infrastruktur sahələrində layihələrdə maraqlıdır.
***
Çinin Sincan Mərkəzi Asiya Neft və Təbii Qaz Şirkəti (CAPEIC) 2023-cü ilin əvvəlində Əfqan administrasiyası ilə Amudərya hövzəsindən neft çıxarmaq üçün razılıq əldə edib.
Bu, 2021-ci ilin avqustunda administrasiya dəyişikliyindən sonra qurulan Əfqanıstan müvəqqəti hökumətinin xarici şirkətlə etdiyi ilk irimiqyaslı resurs hasilatı sazişi idi.
Nəhayət, Çinin Kabildəki yeni səfiri Cao Şinq 2023-cü il sentyabrın 13-də Əfqanıstanın müvəqqəti hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axunda etimadnaməni təqdim edib. Çin səfiri beynəlxalq səviyyədə tanınmamış müvəqqəti hökumətin rəsmi qəbulu ilə vəzifəyə başlayan ilk səfir idi.
Eynilə Əfqanıstanın müvəqqəti hökuməti tərəfindən Pekinə səfir təyin edilən Bilal Kərimi də Çin rəhbərliyi tərəfindən mərasimlə qarşılanıb və qəbul edilib.
Əfqanıstanla bağlı beynəlxalq tənqidlərin, xüsusən də qadınların hüquqlarının aşağı düşməsinin artdığı bir vaxtda Çinin atdığı yaxınlaşma addımları, bir tərəfdən, Çinin xarici siyasətinin “ölkələrin daxili işlərinə qarışmamaq” meylini əks etdirir və digər tərəfdən, Pekinin Əfqanıstan administrasiyası ilə regional təhlükəsizlik və iqtisadi maraqlarını qorumaq üçün əməkdaşlığı diplomatik və institusional əlaqələri inkişaf etdirmək istəyindən xəbər verir.