vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ASİYA  
11:17 | 24 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 108 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Səsimizi çıxarsaydıq, belə olmazdı”

Talibanın qadağaları Əfqanıstandakı kişiləri də vurdu

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İndi Əfqanıstanda qadınların ərlərindən və qohumlarından başqa kişilərlə göz təması qurması və onların səsini ictimaiyyətə çatdırması rəsmən qadağan edilib.

2022-ci ilin avqust ayının sonunda qanuna çevrilən fərmanla həyata keçirilən qaydalar ilə dünya mətbuatı Taliban tərəfindən qadınların sıxışdırılması, kişilərin iztirabları isə arxa plana keçib.

ABŞ-ın “Washington Post” qəzeti yaxın vaxtlara qədər nisbətən azad olan kişilərə qoyulan qadağalardan və onların özlərini necə hiss etdiklərini yazıb.

Görünüşdə qərbliləri təqlid etməyə qadağa qoyulmasından, saqqal və cins şalvarların yoxlanılmasının artırılmasından, taksi sürücülərinin qadın müştəriləri qəbul etməməsindən sonra əxlaq polisinin daha çox adamın səciyyə daşı ilə gəzməyə başladığı, kişilərin qohumları olmayan qadına baxmağı qadağan etdiyi bildirilib.

Qəzetə danışarkən adının açıqlanmasını istəməyən kişilərdən biri qadınlara qoyulan məhdudiyyətlərə işarə edərək deyir: “İlk gündən səsimizi çıxarsaydıq, indi başqa vəziyyətdə olardıq. İndi hamı saqqal qoyur, çünki insan sorğu-sual və ya təhqir olunmaq istəmir”.

Kabildən olan 36 yaşlı taksi sürücüsü, qadınların artıq təkbaşına səyahət etməsinə icazə verilmədiyi üçün avqustun sonundan bəri biznesinin 70 faiz azaldığını söyləyib.

Kabil sakinləri deyirlər ki, əxlaq polisi 4 həftədir ki, evlərin qapısını döyür və “niyə məscidə getmirsən” deyib sorğu-sual verir.

Yeni qanunla şübhəlilər üç gün həbs oluna bilər. Məscidə getməməkdə israr edənlər Talibanın şəriət təfsiri ilə cəzalandırılacaq. Zina kimi cinayətlər üçün cəzalar şallaqlamaq və ya daşqalaq etmək kimi ağır ola bilər.

Ölkənin şərqində yaşayan Əmir son qadağalara qədər Talibanı dəstəklədiyini deyir: “Biz hamımız müsəlmanıq və nəyin məcburi və nəyin olmadığını bilirik. Lakin bizə güc tətbiq etmək yolverilməzdir. Hətta Talibanı dəstəkləyənlər də indi ölkədən qaçmağa çalışırlar”.

Mühafizəkar ərazilərdə yaşayanlar həyatlarında heç bir dəyişiklik olmadığını və əxlaq polisinin Kabil kimi daha kosmopolit yerlərə diqqət yetirdiyini bildirir.

Kabil sakini vəziyyətdən şikayətlənir: “Daha çox gənc ölkədən getsə, ümid qalmayacaq”.

Kabildən olan 24 yaşlı qadın kişiləri hədəfə alır: “Kişilər ilk gündən susurlar. Bu, Talibana belə qaydaları tətbiq etmək üçün cəsarət verdi. Onlar nəhayət insanların dəstəyini itirirlər”.

Taliban rejimi hələ də beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Bu məhdudiyyətlərin dünya ilə danışıqlarda təsir vasitəsi kimi istifadə oluna biləcəyi də iddia edilir.