“Ölkə dolub, gedin”
Avropa Birliyi Ukraynalı qaçqınları istəməyən Hollandiyaya gözlərini bərəltdi
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Avropa sellənir
Güclü yağışların fəsadı qitəni bürüyüb
-
1.5 milyardlıq cərimə ...
AB məhkəməsi “Google”a qərarı ləğv edib
-
Yeni təyinatlar açıqlanıb
Sədrin beş müavini olacaq
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
AB sammitində istefa gətirən qalmaqal
Fransanın Avropa Komissiyasındakı “ağır toplarından” biri sədri “şübhəli idarəçilikdə” günahlandırıb
-
Avropa sıxılmış qaza önəm verir
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
-
Hollandiya fövqəladə vəziyyətə hazırlaşır
Hökumət AB-nin immiqrasiya qaydalarından çıxmaq və problemi öz bildiyi kimi həll etmək istəyir
-
İnsan haqları və miqrant razılaşması arasında
Tunis demokratiyasının seçkilər öncəsi vəziyyəti Avropa Birliyini narahat edir
-
Almaniya nağılı bitirir
Şengen heç vaxt belə çətin vəziyyətə düşməmişdi
-
100 ildə bir ...
Avropada havanın temperaturunun qəfil enməsi bir çox ölkədə həyata iflic edib
-
Smartfon qadağaları genişlənir
Şagird və valideynlər Avropa məktəblərindəki yeni qaydaları “köhnəlik” adlandırır
-
Avropa qanunsuz mühacirlərə qarşı
Birlik ölkələrində verilən qərarlar...
-
AB Rusiya qazı olmadan yaşamaqda qərarlıdır
“Kremldən enerji asılılığımız son 3 ildə 15 faizə düşüb”
-
Almaniyanın immiqrasiya qərarına AB-dən etiraz
“Birlik ölkəsi yalnız müstəsna hallarda daxili sərhəd nəzarətini həyata keçirə bilər”
-
Demokratiya və irqçilik dilemması
Zorakılıq – ifratçılıq və dəyərlər – idarəetmə sistemi arasındakı dixotomiya Avropa üçün təhlükə yaradır
-
“Sənədləşdirilmiş məlumatlarımız var”
AB İranı Rusiyaya raket göndərdiyi üçün yeni sanksiyalarla hədələdi
2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi minlərlə insanın ölümünə, milyonlarla ukraynalının ölkəsini tərk etməsinə səbəb olub. Beləliklə, Rusiyaya qarşı Ukraynanı dəstəkləyən Qərb ölkələri öz qapılarını ukraynalı mühacirlərin üzünə açdı.
Lakin müharibə davam etdikcə Avropanın ukraynalı mühacirlərə münasibəti dəyişdi.
***
Son vaxtlara qədər Hollandiyaya gələn ukraynalı qaçqınlar Utrextdəki müvəqqəti qaçqınların qəbulu mərkəzinə müraciət edərək daimi yer tapana qədər orada gözləyiblər.
Bu çərçivədə Hollandiya, qaçqın qəbulu mərkəzlərində yer qalmadığını əsas gətirərək, ukraynalı qaçqınlardan özlərinə başqa ölkəyə getmələrini istəyib.
***
Utrext Təhlükəsizlik Zonası ukraynalı qaçqınlara məktub göndərərək, onlardan qalmağa yer tapmağı xahiş edib.
“Əgər bu mümkün deyilsə, şansınızı başqa ölkədə sınamağı tövsiyə edirik”, - məktubda deyilib.
***
Digər tərəfdən, mövzu ilə bağlı danışan Miqrasiya naziri Marjolein Faber, Hollandiyanın artıq yeni qaçqınları qəbul etmək imkanının olmadığını ifadə edərək, “sığınacaq böhranı” elan etdiklərini açıqlayıb.
İfrat sağçı nazirin bu bəyanatı mübahisələrə səbəb oldu, çünki Avropa Biliyi (AB) Komissiyası daha əvvəl Hollandiyaya “möhkəm və sübut edilmiş hüquqi əsaslar olmadan birtərəfli qaydada qaçqın böhranı elan edə bilməyəcəyi” barədə xəbərdarlıq etmişdi.
***
Nazir Faber bir neçə saat sonra hökumət daxilindən gələn xəbərdarlıqlardan sonra sözlərini düzəldib. Qanuni qaçqın böhranının olmadığını deyən hollandiyalı nazir cəmiyyətdə belə bir narahatlığın olduğunu bildirib.