vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
16:52 | 29 avqust 2024 | Cümə axşamı Məqaləyə 188 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir Popov həbs olunub

Rusiya Müdafiə Nazirliyində korrupsiyaner həbsləri davam edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popov “dövləti aldatmaq”da şübhəli bilinərək saxlanılıb. Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamaya görə, Popov korrupsiyada şübhəli bilinərək açılan iş çərçivəsində həbs olunub. Popovun 2021-2024-cü illər ərzində Rusiya hərbi texnikasının yerləşdiyi “Patriot” parkının inkişafı və istismarına cavabdeh olduğu və bu müddət ərzində pul mənimsədiyi iddia edilib.

Avqustun əvvəlində Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Departamentinin rəis müavini briqada generalı Vladimir Şesterov və “Patriot” parkının direktoru Vyaçeslav Əhmədova qarşı korrupsiyada şübhəli bilinərək məhkəmə işi qaldırılıb.

Bundan əvvəl müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin İnsan Resursları İdarəsinin rəisi Yuri Kuznetsov rüşvət almaqda ittiham olunaraq həbs edilmişdilər.

May ayında Rusiya ordusunun keçmiş komandanı general-mayor İvan Popovun korrupsiyada şübhəli bilinərək həbs edildiyi bildirilmişdi.