Neytrallıq siyasəti qəbul olunmur
İsveçrəyə mövqeyini müəyyən etmək üçün beynəlxalq təzyiqlər artır
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Avropa sellənir
Güclü yağışların fəsadı qitəni bürüyüb
-
1.5 milyardlıq cərimə ...
AB məhkəməsi “Google”a qərarı ləğv edib
-
Yeni təyinatlar açıqlanıb
Sədrin beş müavini olacaq
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
AB sammitində istefa gətirən qalmaqal
Fransanın Avropa Komissiyasındakı “ağır toplarından” biri sədri “şübhəli idarəçilikdə” günahlandırıb
-
Avropa sıxılmış qaza önəm verir
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
Hollandiya fövqəladə vəziyyətə hazırlaşır
Hökumət AB-nin immiqrasiya qaydalarından çıxmaq və problemi öz bildiyi kimi həll etmək istəyir
-
İnsan haqları və miqrant razılaşması arasında
Tunis demokratiyasının seçkilər öncəsi vəziyyəti Avropa Birliyini narahat edir
-
Almaniya nağılı bitirir
Şengen heç vaxt belə çətin vəziyyətə düşməmişdi
-
100 ildə bir ...
Avropada havanın temperaturunun qəfil enməsi bir çox ölkədə həyata iflic edib
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Smartfon qadağaları genişlənir
Şagird və valideynlər Avropa məktəblərindəki yeni qaydaları “köhnəlik” adlandırır
İsveçrə Federal Müdafiə, Mülki Müdafiə və İdman Nazirliyinə təqdim edilən hesabat ölkənin “neytrallıq siyasəti” ilə bağlı mübahisələrə səbəb olub.
Avropa Birliyi (AB) və NATO ilə müdafiə siyasəti ilə bağlı əməkdaşlığı yaxşılaşdırmaq üçün İsveçrə Federal Müdafiə, Mülki Müdafiə və İdman Nazirliyi (DDPS) tərəfindən yaradılmış təhlükəsizlik siyasəti üzrə baxış komissiyasının tövsiyələri ölkədə 1815-ci ildən həyata keçirilən “bitərəflik siyasəti” ilə bağlı mübahisələrə səbəb olub.
Bir il əvvəl DDPS tərəfindən yaradılan və bir çox müxtəlif sahələrdən olan ekspertlərin daxil olduğu komissiya İsveçrənin gələcək üçün təhlükəsizlik siyasətini necə istiqamətləndirəcəyi ilə bağlı 7 sahədə 100-dən çox tövsiyədən ibarət hesabatını təqdim etdi.
Hesabat Avropada güc siyasəti, getdikcə qeyri-sabit böhran zonaları və “Rusiyanın Ukraynaya hücumları” ilə müşahidə olunan kəskin pisləşməyə diqqət çəkib.
Hesabatda bildirilir ki, təhlükəsizlik siyasəti alətlərinin koordinasiyası hərbi və mülki müdafiənin vəzifələrini və qarşılıqlı əlaqəsini aydınlaşdıran, iqtisadiyyatın və idarəetmənin dayanıqlığını artıran və ictimaiyyət arasında təhlükəsizlik vəziyyətinin pisləşməsi barədə məlumatlılığı artıran ümumi müdafiə dizaynını tələb edir.
Hesabatda dezinformasiya və “təsir fəaliyyətləri” ilə mübarizənin böyük əhəmiyyət kəsb etdiyi vurğulansa da, “Ordunun müdafiə qabiliyyətinə diqqət yetirməsi lazımdır. 2030-cu ilə qədər müdafiə büdcəsinin ümumi daxili məhsulun 1 faizinə çatdırılmasını tövsiyə edirik”, – deyilib.
Hesabatda İsveçrənin silah sənayesinin gücləndirilməsi və təhdidlərə daha yaxşı uyğunlaşdırılmasının vacibliyi qeyd edilib: “Bu, innovasiyaların təşviq edilməsi və AB və NATO əməkdaşlıq layihələrinə çıxışın təmin edilməsi deməkdir. Ümumi müdafiə qabiliyyətinə nail olmaq və həqiqi müdafiə əməkdaşlığına çevrilmək üçün, biz NATO və AB ilə əməkdaşlıq etməli və bunu dərinləşməyə davam etməliyik”.
Hesabatda əməkdaşlığın həm diplomatik, həm də hərbi səviyyədə, xüsusilə də “beynəlxalq silahlara nəzarət fəaliyyətləri və yeni texnologiyaların tənzimlənməsi” sahəsində gücləndirilməsinin vacibliyi vurğulanıb.
Hesabatda neytrallıq siyasətinin yenidən nəzərdən keçirilməli, təhlükəsizlik funksiyasına daha çox diqqət yetirilməsi və daha çevik şəkildə həyata keçirilməli olduğu, komissiyanın əksəriyyətinin həmçinin neytrallıq siyasətinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə daha yaxşı uyğunlaşdırılmasını və təcavüzkar və qurban arasındakı fərq daha çox nəzərə alınması tövsiyə etdiyi bildirilib.
***
İsveçrə istehsalı silahların təkrar ixracına qoyulan qadağanın aradan qaldırılması tövsiyəsinin də yer aldığı hesabat İsveçrənin neytrallıq siyasəti ilə bağlı tənqidlərə səbəb olub.
İsveçrə daxilində siyasi olaraq, xüsusilə 2022-ci ilin fevralından bəri davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən tərəf tutmaq müzakirələri davam edərkən, İsveçrəyə mövqeyini müəyyən etmək üçün beynəlxalq təzyiqlər artır.
İsveçrə onun silahlarını alan ölkələrdən onları yenidən ixrac etmək üçün icazə istəmələrini tələb edib.
İsveçrə AB-nin Rusiyaya qarşı sanksiyalarının bir qismini, o cümlədən Rusiyanın aktivlərinin dondurulmasını qəbul etmişdi.
Bern hökuməti Avropa ölkələrinin İsveçrə istehsalı olan sursatların Ukraynaya təkrar ixracı ilə bağlı tələblərini rədd edib. İsveçrənin silah ixracının ötən il 2022-ci illə müqayisədə 27 faiz azalaraq 700 milyon İsveçrə frankından aşağı düşdüyü də məlumdur.
Tövsiyələr 2025-ci il təhlükəsizlik siyasətlərinə inteqrasiya olunacaq
Həmçinin bildirilib ki, komissiyanın tövsiyələri Dövlət Təhlükəsizlik Siyasəti Katibliyinin (SEPOS) rəhbərliyi ilə yeni başlayan Təhlükəsizlik Siyasəti Strategiyası 2025 tədqiqatlarına inteqrasiya olunacaq.
Digər tərəfdən, qeyd olunub ki, komissiyanın hesabatı və tövsiyələri ictimaiyyət üçün açıqdır, həmçinin ictimai sferada və parlamentdə müzakirələrə töhfə verməlidir.