vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AMERİKA  
15:15 | 8 sentyabr 2024 | Bazar Məqaləyə 84 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp Putindən inciyib

Rusiya prezidentinin Hariisi dəstəkləməsi respublikaçı namizədi məyus edib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da yenidən prezidentliyə namizədliyini irəli sürən Donald Tramp Rusiya prezidenti Putindən çox incidiyini bildirib. ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Vladimir Putinin rəqibi Kamala Harrisi dəstəkləməsindən məyus olduğunu açıqlayıb.

Putin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd və vitse-prezident Kamala Harrisi dəstəklədiyini zarafatla demişdi. ABŞ seçkilərində Donald Trampı dəstəklədiyi ilə bağlı iddialara toxunan Putin, “Bayden seçiciləri Harrisi dəstəkləməyə çağırdı. Biz də bunu edəcəyik, onu dəstəkləyəcəyik. O qədər təsirli gülür ki, bu, hər şeyin yaxşı olduğunu göstərir”, – deyib.

Viskonsin ştatında keçirilən mitinqdə çıxış edən Tramp “Putin Kəmaləni dəstəklədi. Mən çox üzüldim. Kəmaləni niyə dəstəklədiyini düşündim. Amma yox, o, sadəcə şahmat oynayır”, – deyib.