vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
15:44 | 11 sentyabr 2024 | Çərşənbə Məqaləyə 321 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Debatın bazara mənfi təsiri

Qlobal kriptovalyutanın dəyəri Tramp-Harris qarşılaşmasından sonra aşağı düşüb

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Qlobal kriptovalyuta bazarının, o cümlədən “Bitcoin”in dəyəri Demokratların namizədi Kamala Harrisin Respublikaçı namizəd Donald Trampla debatda daha yaxşı çıxış etməsi ilə bağlı qiymətləndirmələrə görə düşüb.

“Coinmarketcap” analiz şirkətinin məlumatına görə, qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 1 faiz azalaraq 1 trilyon 990 milyard dollara düşüb.

Analitiklər, bazarın kriptovalyutalara dəstək nümayiş etdirən Tramp və Harris arasındakı ilk canlı yayım debatı səbəbiylə gerilədiyini bildirib.

Amerika mediası CNN tərəfindən aparılan sorğuya görə, debatı izləyən qeydiyyatdan keçmiş seçicilərin 63 faizi Harrisin daha yaxşı çıxış etdiyini düşünür.

İyulun 28-də verdiyi açıqlamada Tramp bildirib ki, o, ABŞ-ın “planetin kriptovalyuta paytaxtı və dünyanın “Bitcoin” super gücü” olmasını təmin etməyi planlaşdırır.

Digər tərəfdən qlobal bazarlarda davam edən tənəzzül narahatlıqlarının kriptovalyuta bazarına da mənfi təzyiqlər yaratdığı bildirilir.

Bakı vaxtilə 14:00-a olan məlumata görə, son 24 saatda qiymətində 0,75 faiz ucuzlaşan Bitcoin 56 min 684 dollar səviyyəsinə düşüb.

Bazar dəyərinə görə ikinci sırada olan “Ethereum”, son 24 saatda yüzdə 0,85 dəyər itirərək 2 min 329 dollar səviyyəsinə düşüb.