vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SAĞLAMLIQ  
00:05 | 12 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 149 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qadınlarda 84, kişilərdə 77 faiz dəqiqlik

İnsanların səslərindən istifadə ilə hipertoniyanı aşkar etməyin yolu tapılıb

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Kanadalı alimlər insanların səs qeydlərindən istifadə edərək yüksək qan təzyiqi olaraq da bilinən hipertoniyanı təsbit edə bilən yeni süni intellektə əsaslanan bir üsul tapdıqlarını açıqladılar.

Kanadada “Klick Labs” tərəfindən aparılan araşdırmada iştirak edən 245 nəfərdən alimlərin hazırladığı mobil proqramda 2 həftə ərzində gündə 6 dəfə səslərini qeyd etmələri istənilib.

Təcrübədə tədqiqatçılar yüzlərlə səs biomarkerini təhlil etmək üçün süni intellekt alqoritmlərindən istifadə ediblər ki, bu da onlara insan qulağının ayırd edə bilmədiyi səs məlumatlarını, məsələn, səsin yüksəkliyindəki dəyişkənliyi xarakterizə edən məlumatları çıxarmağa imkan verir. Bildirilib ki, mobil tətbiq hipertoniyanı qadınlarda 84 faizə, kişilərdə isə 77 faizə qədər dəqiqliklə müəyyən edir.

“Biz hipertoniyanı aşkar etmək üçün daha əlçatan bir üsul kəşf etdik. Ümid edirik ki, texnika bu ümumi qlobal sağlamlıq probleminə daha tez müdaxilə etməyə imkan verəcək”, - tədqiqatın aparıcı müəllifi Yan Fossat bildirib.

Araşdırmanın təfərrüatları “IEEE Access” jurnalında dərc olunub.