vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
11:42 | 15 iyun 2014 | Bazar Məqaləyə 1189 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Klinton dəqiqədə 27 min qazanır

Gecə xəbərlərinin müxbiri ilə yarım milyonluq artıq müqavilə imzalanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın keçmiş prezidenti Bil Klinton və ölkənin keçmiş dövlət katibi Hillari Klintonun qızı Çelsi Klinton bir dəqiqədə 26,724 dollar pul qazanır. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, hazırda «NBCNews» telekanalında işləyir.


Çelis Klinton 2011-ci ilin noyabrından bu müəssisədə xüsusi müxbir vəzifəsində çalışır. Müqaviləyə əsasən ona ildə 600 min dollar maaş verilir.

O, «Rock Center with Brian Williams» informasiya proqramında işə başlayıb. Bu şou proqramı 2013-cü ildə bağlanıb. Hazırda Çelsi Klinton «NBC Nightly News»-un gecə xəbərləri blokunda işləyir.

Kanalın əməkdaşları onun aldığı maaşla bağlı şərh verməyib.

«Biz onun əmək haqqısı ilə bağlı xəbəri yaymırıq. Kanalımız Çelsi ilə əməkdaşlıqdan qürur duyur və onunla birlikdə işləməyi davam etdirməkdən şadıq» - deyə, kanalın təmsilçisi bildirib.

Bununla belə «Business Insider» portalının hesablamasına əsasən, son 2 il 7 ay ərzində Çelsi Klinton 58 dəqiqə efirdə olub.