vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
19:52 | 30 yanvar 2016 | Şənbə Məqaləyə 2947 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mane olmayın!»

Administrasiyadan Minsk Qrupuna etiraz

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında müzakirə olunan qətnamələrə ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi düzgün deyil.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.

Son vaxtlar xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri özlərinin monopoliyasına almaq istədiklərini vurğulayan N.Məmmədov deyib: «Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı mövqeyini bildirib. Biz Minsk qrupundan münaqişənin həlli istiqamətində ciddi addımların atılmasını gözləyirik. Əsas məsələ budur. Münaqişənin həlli ilə bağlı heç bir addım atmayan Minsk qrupu başqa qurumlara, təşkilatlara mane olmamalıdır. Halbuki onların əsas vəzifəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etməkdir. Başqa işlərlə məşğul olmaq lazım deyil».

«Münaqişənin həlli ilə bağlı bu günədək müxtəlif prinsiplər - Praqa prinsipi, indi Madrid prinsipi, ondan əvvəl digər yanaşmalar olub. Ancaq təəssüflər ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və həmsədrlərin passivliyi səbəbindən münaqişə həll olunmayıb. Burada əsas məsuliyyət həmsədrlərin üzərinə düşür. Minsk qrupunun həmsədrləri vasitəçilik rolunu nəinki yüksək, heç normal səviyyədə də yerinə yetirə bilmirlər. Atdıqları müəyyən addımlar isə müxtəlif yerlərdə müxtəlif fikirlər doğurur», - deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.